113
mütərəqqi ideyaları maarifçiliyin sonrakı inkişafı üçün müstəsna əhəmiyyət
kəsb etmişdir. Xüsusən də XIX əsrin sonunda yetişmiş maarifçilər nəslinin
dünyagörüşünün formalaşmasına onun böyük tə‟siri olmuşdur.
XIX əsrin son rübündə Azərbaycanda maarifçiliyin mühüm bir
xüsusiyyətini onun təbiətşünaslıq ilə sıx əlaqəliliyi təşkil edir
. Bu
münasibətdə görkəmli maarifçi, təbiətşünas darvinçi, iste‟dadlı publisist
H.B.Zərdabinin (1842- 1907)
yaradıcılığı səciyyəvidir. O, mükəmməl
dünyavi təhsilə malik olmuşdur. Əvvəlcə Tiflisdə qəza gimnaziyasını, so-
nra isə Moskva Universitetinin fizika- riyaziyyat fakültəsinin təbiət
şö‟bəsini bitirmişdir. Onun dünyagörüşü XIX əsrin II yarısındakı rus və
Avropa təbiətşünaslığının yaxşı ən‟ənələri əsasında formalaşmışdır.
Zərdabinin maarifçilik və təbiətşünaslıq fikirləri aşağıdakı əsərlərində əks
olunmuşdur: «Torpaq, su və hava», «Barama qurdunun saxlanması», «Gi-
giyena haqqında». Bundan əlavə onun «Əkinçi» qəzetində nəşr etdirdiyi
məqalələri də bu baxımdan mühüm əhəmiyyət kəsb edir.
Zərdabi Azərbaycan ictimai fikri tarixində elmi materialist
təbiətşünaslığın carçısı, Darvinin bioloji ideyalarının güclü təbliğatçısı ki-
mi böyük yer tutur. O Darvinin təkamül ideyalarına əsaslanaraq üzvi
təbiətin yaranması və inkişafının qanunauyğunluqlarını (birinci növbədə
təbii seçməni) düzgün anlaya bilmişdi. Beləliklə də cansız və canlı aləmin
yaranmasını materialistcəsinə izah etmişdir. Bu təsadüfi deyildi. O
görkəmli rus təbiətşünaslarının I.Seçenovun, I.Meçnikovun və Timiryaze-
vin tə‟limləri ilə yaxından tanış olmuşdu. Onlar Zərdabinin dünyagörüşünə
əhəmiyyətli tə‟sir etmişdir.
Dostları ilə paylaş: