Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə145/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   141   142   143   144   145   146   147   148   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

analitik cümlələr də vardır. 


119 
Bunlarda xəbəri mübtədadan hasil etmək mümkündür 
(məsələn, 
2+7=9). Bu qəbildən olan cümlələr də təcrübədən kənar xarakter daşıyır. 
Buna görə də ciddi yanaşdıqda onlar da bilik deyildir, tavtologiyadır. Onlar 
dünya haqqında heç bir əlavə informasiya vermir. Onların həqiqiliyi 
tamamilə dilin qaydaları ilə müəyyən edilir. Belə cümlələr şeylərin hər cür 
faktiki vəziyyətində həqiqi olurlar. Neopozitivistlər riyaziyyatın və 
məntiqin müddəalarını belə tavtologiya hesab edirlər. 
Beləliklə məntiqi pozitivizm yalnız elə mülahizələri mə‟nalı hesab 
edir ki, 
onlar ya faktlar haqqında olan mühakimələri, yaxud da belə 
mühakimələrdən çıxarılan məntiqi nəticələri ifadə edir. 
Cümlələrin mə‟nalara görə yoxlanılması əməliyyatı 
verifikasiya 
(hərfi mə‟nası həqiqət axtarma deməkdir) 
adlanır. Verifikasiya 
prinsipinə görə yalnız təcrübi surətdə yoxlanıla bilən (heç olmazsa dolayısı 
ilə) cümlələr mə‟naya malikdir. Məntiqi pozitivizm təcrübədən kənar, me-
tafizik cümlələri aşkar etməkdə verifikasiya prinsipinə böyük əhəmiyyət 
verirdi. Lakin bu prinsipə bəslənilən ümidlər özünü tam doğrultmadı. Belə 
ki, o elmin strukturuna və dinamikasına uyğun gəlmirdi. Odur ki, həmin 
prinsipə qarşı bir sıra e‟tirazlar özünü göstərdi: 1) 
Elmdə həmişə elə 
biliklər olur ki, onları bu gün üçün yoxlamaq mümkün deyildir
. Lakin 
onlar sonradan müşahidə texnikası və eksperimentin inkişafı nəticəsində 
yoxlanıla bilir. Məsələn, səma cisimlərinin kimyəvi tərkibi haqqında 
məsələni O.Kont yoxlanıla bilmədiyi üçün metafizik hesab edirdi. 
Göstərirdi ki, onu heç vaxt prinsipcə müəyyən etmək mümkün deyildir. 
Lakin onun ölümündən iki il sonra spektral analiz metodu kəşf olundu və 
onun əsasında səma cisimlərinin kimyəvi tərkibini müəyyən etmək 
mümkün oldu. 2) 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin