ifadə edən ideyalara qoşulmuşdur . Bundan sonra milli intibah ideyaları
və proqramının formalaşdırılmasında fəal iştirak etməyə başlamışdır. Ə.
Ağayev göstərirdi ki,
bizim məqsədimiz türk millətinin ümumi və siyasi azadlığını artırmaqdan, onun birliyini möhkəmləndirməkdən, onu elmə səsləməkdən, türkcə məktəb və digər maarif müəssisələri açmaq üçün çalışmaqdan ibarətdir. Xalqımızın maarifçilik və milli istiqlal tarixində böyük ictimai-
siyasi xadim,
mütəfəkkir M.Ə.Rəsulzadənin rolu xüsusi qeyd olunmalıdır . O xalqımızın tarixinə, mədəniyyətinə dair çox zəngin irs
yaratmışdır. Onun çoxlu elmi, bədii və publisistik əsərləri vardır:
«Qaranlıqda işıqlar», «Milli Azərbaycan hərəkatının xarakteri»,
«Əsrimizin Səyavuşu», «Istiqlal məfkurəsi və gənclik», «Milli təsanül»
(Milli həmrə‟ylik) və sair.
M.Rəsulzadənin dünyagörüşü XX əsrin əvvəllərindəki Azərbaycan
reallıqlarının, siyasi proseslərin və siyasi mübarizənin tə‟siri altında
formalaşmışdı. O siyasi fəaliyyətə qədəm qoyduğu
ilk dövrlərdən türk dilinin saflığını qorumağa çağırır, savadsızlığı və cəhaləti xalqın azadlığı yolunda başlıca əngəl hesab edirdi . Rəsulzadə göstərirdi ki,
tərəqqi, asılılıqdan xilas olmaq, elmsiz qeyri mümükündür. Bu mə‟nada o
yaşadığı əsrə yüksək qiymət verirdi. «Əsrimizin Səyavuşu» əsərində
yazırdı: «XX əsr demokratik fikirlər dövrüdür.» Siyasi fəaliyyətin ilk
dövrlərində o Hüriyyət ilə bağlı məsələlərə birinci dərəcəli əhəmiyyət ve-
rirdi. Öz əsərlərində Rusiya imperiyasında hüriyyətin olmadığını göstərirdi.
Onun fikrincə real hüriyyət söz, mətbuat, təşkilatlarda birləşmək, vic- dan, şəxsiyyət azadlıqlarında ifadə olunur. M.Rəsulzadə sonralar öz fəaliyyətində milliyyət və milli azadlıq
problemlərinə xüsusi diqqət yetirmişdir. O çarizmin