117
X FƏSIL
XX ƏSR FƏLSƏFƏSI
1. Pozitivizm və strukturalizm
XX əsrdə elmi idrakda baş verən əsaslı yeniliklər, texniki tərəqqi və
sosiomədəni həyatdakı dəyişikliklərlə birgə çıxış
edərək fəlsəfədə də
özünün müvafiq ifadəsini tapdı.
Hər şeydən əvvəl, fəlsəfənin keçmiş
dövrlər üçün səciyyəvi olan materializmə və idealizmə bölünməsi bu
dövrdə elə bir ciddi əhəmiyyət kəsb etmir
. XX əsr fəlsəfəsində müxtəlif
istiqamətlərin və məktəblərin dialoqu meyli özünü göstərməkdədir. Başqa
sözlə deyilsə, müasir dövrdə ayrı- ayrı məktəblərin açıq xarakteri, onların
qarşılıqlı surətdə bir- birini zənginləşdirməsi getdikcə daha aydın
şəkildə
üzə çıxır. Qeyd edilməlidir ki, bu dövrdə son
dərəcə rəngarəng və çoxlu
istiqamətlər və məktəblər fəaliyyət göstərir. Onları nisbi olaraq
aşağıdakı
kimi üç cür qruplaşdırmaq olar
: Birinci qrupa ssiyentizm (elm
deməkdir) tipli tə‟limlər daxildir. Bunlar əsas etibarilə fəlsəfəni xüsusi
elmə çevirməyə və onu dünyagörüşü məsələlərindən
azad etməyə cəhd
göstərirlər. Həmin qrup pozitivizmin müxtəlif formalarını əhatə edir.
Hümanitar biliklər üçün vahid etalon yaratmağa cəhd edən
Dostları ilə paylaş: