Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə139/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   135   136   137   138   139   140   141   142   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

milli dirçəliş və 
milli- azadlıq hərəkatının genişlənməsi ilə səciyyələnir. 
M.Ə.Rəsulzadə 
sonralar qeyd etmişdi ki, Azərbaycandakı milli hərəkat öz ideoloji kökü 
baxımından Şərqdəki milli qurtuluş fikirləri ilə Qərbdəki demokratik 
cərəyanları özündə birləşdirmişdir. Müsəlman şərqində ən əvvəl 
Azərbaycandakı milli hərəkat avropasayağı forma almışdır. 
XIX əsrin sonu- XX əsrin əvvəllərində Azərbaycanda maarifçilik və 
demokratik fikrin önündə gedənlərdən biri 
Ə.Hüseynzadə (1864- 1940)
olmuşdur. O, Azərbaycan xalqının milli şüurunun oyanmasında, onun öz 
milli mənliyini dərk etməsində, mədəniyyətin inkişaf etdirilməsində 
müstəsna rol oynamışdır. Hüseynzadə Azərbaycan (türk) xalqının 
mə‟nəviyyatını şərq ilə qərbin mütərəqqi cəhətləri əsasında 
zənginləşdirməyə çalışan böyük simalardan biri idi. Bu gün də öz 
əhəmiyyətini saxlayan 
«Islamlaşmaq, Türkləşmək və Avropalaşmaq» 
şüarı məhz ona məxsusdur. 
Milli dövlətçiliyimizin rəmzi olan üç rəngli 
bayrağı o türk millətinin mentalitetini ifadə edən simvol hesab edirdi. 
Ə.Hüseynzadə mükəmməl dünyavi təhsil görmüş ziyalılarımızdan 
idi. O əvvəlcə Tiflis gimnaziyasını, sonra Peterburq Universitetinin fizika- 
riyaziyyat fakültəsini, daha sonra isə Istanbul ali hərbi tibb məktəbini 
bitirmişdi. XIX əsrin sonlarında xaricdə fəaliyyət göstərmişdir. XX əsrin 
əvvəlində Azərbaycana qayıdaraq H.Z.Tağıyevin maddi yardımı ilə 
əvvəlcə «Həyat» qəzetini, sonra isə «Füyüzat» jurnalını nəşr etdirmişdir. 
1916- cı ildə o görkəmli alim tatar Y.Akçura, Ə.Ağayev və başqaları ilə 


115 
birgə Rusiya imperiyasındakı türk xalqlarının ağır vəziyyəti haqqında ABŞ 
prezidenti Vilsona göndərilən müraciətnaməni imzalamışdır. 
Ə.Hüseynzadənin maarifçi və demokratik ideyaları «Siyasət 
fərasəti» (At minmək siyasəti), «Məktubi- məxsusi», «Türklər kimdir və 
kimlərdən ibarətdir?», «Bizə hansı elmlər lazımdır», «Yazımız, dilimiz, 
birinci ilimiz» əsərlərində əks olunmuşdur. 
Onun dünyagörüşü təhsil aldığı illərin, Peterburq və Istanbul mühiti 
və Türkiyədəki milli hərəkatın güclü tə‟siri altında formalaşmışdı. Bu 
prosesdə heç şübhəsiz Azərbaycan maarifçiliyinin M.Axundovla başlanan 
ən‟ənələri böyük rol oynamışdı. 
Ə.Hüseynzadə 1904- cü ildə «Türk» qəzetində çap etdirdiyi 
«Məktubi- məxsusi» adlı məqaləsində göstərirdi ki, türk millətinin qüvvətli 
olması üçün onun nümayəndələri arasında mə‟nəvi bağların, qarşılıqlı sev-
ginin artması, onların mədəniləşmə yolunda bir- birinə yardım göstərməsi 
zəruridir. 
O öz əsərlərində 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin