Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


türk xalqlarının tarixi və mədəniyyətinin



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə140/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   136   137   138   139   140   141   142   143   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

türk xalqlarının tarixi və mədəniyyətinin 
araşdırılmasına geniş diqqət yetirmişdi
. Hüseynzadəyə görə türk 
xalqlarının geriliyinə son qoyulmasında, onların birliyinə nail olmaq böyük 
rol oynayır. O, türk xalqlarını parçalamağa çalışan qüvvələrə qarşı 
mübarizə apararaq, 
türkçülük, turançılıq ideya cərəyanını irəli 
sürmüşdü
. Lakin o təkcə öz xalqının deyil, bütün millətlərin siyasi 
azadlığını təbliğ edirdi.Odur ki, onun vahid Turan ideyası milli 
xudbinlikdən və mürtəce millətçilikdən uzaq idi. 
XIX əsrin sonu və XX əsrin əvvəllərində Azərbaycanın ictimai- 
siyasi fikrinin digər böyük nümayəndəsi 
Ə.Ağayev (1869- 1939)
olmuşdur. Şuşada hələ uşaq ikən ərəb və fars dillərini mükəmməl 
öyrənmiş, sonra rus məktəbində oxumuşdur. O da Tiflis gimnaziyasında 
təhsil almışdır. Sonra Parisə gedərək hüquq məktəbini və Sorbonna Un-
iversitetini bitirmişdir (o xaricdə təhsil alan ilk azərbaycanlı olmuşdur). 
Təhsilini başa vurub Qarabağa qayıdarkən yolüstü Istanbulda 
Ə.Hüseynzadə ilə tanış olmuşdur. Onun vasitəsilə Türkiyənin qabaqcıl 
ictimai- siyasi ideyalarına yiyələnə bilmişdir. Bir müddət Bakıda fəaliyyət 
göstərdikdən sonra 1909- cu ildə Istanbula köçmüşdür. Ömrünün sonuna 
qədər Ankara və Istanbul Universitetlərində müəllimliklə məşğul 
olmuşdur. Burada onun inqilabi- demokratik fəaliyyəti daha geniş miqyas 
almışdır. Bu dövrdə aşağıdakı mühüm əsərlərini yazmışdır: «Üç 
mədəniyyət», «Azərbaycanın əhəmiyyəti», «Türk hüquq tarixi», «Sərbəst 
insanlar arasında» və s. 
O öz maarifçilik fəaliyyətinin əvvəlində islamı dirçəltmək uğrunda 
mübarizə edən ideya- siyasi cərəyana tərəfdar çıxırdı. 
XX əsrin 
əvvələrindən e‟tibarən o türk milli şüurunu, türk xalqlarının birliyini 


116 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin