Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Postpozitivizmin digər xüsusiyyəti bundadır ki



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə148/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   144   145   146   147   148   149   150   151   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Postpozitivizmin digər xüsusiyyəti bundadır ki,
o elmin tarixinə 
arxalanmağa sə‟y göstərir. Məntiqi pozitivizmdə bu cür maraq yox idi. O 
elmilik nümunəsi kimi riyazi fizikanı götürürdü. Belə hesab edirdi ki, 
bütün elmi biliklər aksiomatik və ya hipotetik- deduktiv nəzəriyyə 
formasında olmalıdır. Əgər hansısa fənn bu idealdan uzaqdırsa, deməli o 
hələ qeyri- yetkindir. Bundan fərqli olaraq postpozitivistlər elmin inkişafını 
diqqət mərkəzində götürürlər. Buna görə onlar 
elmi nəzəriyyələrin 
yaranması, inkişafı və bir- birini əvəz etməsi məsələlərinə müraciət 
edirlər
. Həm də bu zaman təkcə riyaziyyat və fizikanın mə‟lumatları deyil, 
digər elmlərin (biologiya, kibernetika, təbabət) göstəriciləri də təhlilə cəlb 
olunur. 
Postpozitivizm həm də bununla səciyyələnir ki, o elmi biliyin 
inkişafını biliklərin tədrici toplanması, xətti proses kimi anlamır (belə baxış 
pozitivizmin əvvəlki növünə xas idi). 
Postpozitivizm göstərir ki, elmin 
tarixində inqilabi dəyişiklər labüddür
. Elmdə baş verən inqilablar 
nəticəsində əvvəl qəbul olunmuş biliklər yenidən nəzərdən keçirilir. Bu 
təkcə nəzəriyyələrə deyil, həm də metodlara və faktlara da aiddir. Məsələn, 
amerikan filosofu T.Kun göstərir ki, elmin tarixi elmi cəmiyyətlər arasında 
paradiqmaların dəyişilməsi ilə müşayiət olunan rəqabət mübarizəsidir. Pa-
radiqma dedikdə o elmin inkişaf prosesini əhatə edən müxtəlif anlayışları, 
qanunları, nəzəriyyələri və nöqteyi- nəzərləri ifadə edən nəzəri təfəkkür 
modeli başa düşürdü.
1
Postpozitivizm pozitivizmdən fərqli olaraq metafizikanı (ümumi 
dünyagörüşü məsələlərini) elmdən ayırmır. O, elmi bilik ilə fəlsəfə 
arasında keçilməz hədd qoymur. Əksinə onun bir sıra nümayəndələri 
(məsələn, P.Feyerabend) göstərirlər ki, ümumiyyətlə elm, fəlsəfə və mif 
arasında fərq yoxdur. 
Nəhayət postpozitivizmin digər bir səciyyəvi cəhəti onun tərəfindən 
elmin xarici amillərlə (sosial və mədəni) şərtləndiyinin qəbul olunmasıdır. 
Pozitivizm ilə sıx əlaqədə olan cərəyanlardan biri 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin