Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə149/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   145   146   147   148   149   150   151   152   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

strukturalizmdir
(quruluş, yerləşmə, sahmanlılıq mə‟nasını verir). O, XX əsrin ortalarında 
humanitar bilik sahələrində (birinci növbədə linqvistikada) konkret elmi 
metodların izahı nəticəsində yaranmışdır. Əsas nümayəndələri N.Levi- 
Stross, M.Fuko, C.Lakan və başqalarıdır. Strukturalizm müasir elmdə 
(xüsusən də insanı və mədəniyyəti öyrənən elmlərdə) idrak metodologiyası 
rolunu oynamağı iddia edir. 
Qeyd edək ki, elmi idrakda struktur metod hələ XIX əsrin 
sonlarından tətbiq olunmağa başlamışdır. Artıq XX əsrin əvvəllərində Le-
vi- Stross bu metodun köməyi ilə müəyyən etmişdi ki, yazıya malik ol-
1
Bax: Кун Т. Структура научных революций. М.,1975, с.28. 


122 
mayan xalqların qohumluq əlaqələri onların dillərinin strukturuna uyğun 
gəlir. Sonra o, struktur metodu digər hadisələrin (incəsənətin, dinin) və 
bütövlükdə mədəniyyətin öyrənilməsinə tətbiq etdi. Bunun əsasında belə 
bir nəticəyə gəldi ki, mədəniyyət də dilin quruluşuna bənzər struktura ma-
likdir. Levi- Strossun fikrincə linqvistikada, antropologiyada və etnolo-
giyada ümumi struktur prinsiplərinin aşkar edilməsi struktur qaydalar sis-
temi kimi götürülən vahid kommunikasiya nəzəriyyəsini (fərdlərin və insan 
qruplarının) yaratmağa imkan verir. 
Strukturalizm cərəyanının nümayəndələri etnologiya, linqvistika və 
iqtisadiyyat sahələrində strukturların ümumiliyini aşkar edirlər. Onlar buna 
əsaslanaraq bütün humanitar və sosial elmlər sahələrini öyrənmək üçün öz 
metodologiyasını irəli sürürlər. Bu metodologiya riyazi və formalaşma 
prinsipinə əsaslanır və təbii elmi idrakın metodologiyasına oxşayır. 
Bütövlükdə fəlsəfi strukturalizm bu mövqedən çıxış edərək müasir 
elmin inkişafında özünü göstərən bə‟zi obyektiv meylləri əks etdirir. 
Bu 
meyllər idrakın obyekti kimi götürülən dünya haqqında sistemli- 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin