Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Ekzistensializmin əsas mövzusu insanın mə‟nəvi aləmi, müasir



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə151/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ekzistensializmin əsas mövzusu insanın mə‟nəvi aləmi, müasir 
dünyada şəxsiyyətin taleyi məsələsidir
. Bu mövzu şair, ədib və 
səntkarlara daha yaxındır. Buna görə də təsadüfi deyildir ki, ekzistensia-
lizm bədii yaradıcılıqla məşğul olan ziyalılar arasında daha geniş 
yayılmışdır. 
Bu tə‟limin banisi M.Haydeggerdir. 1927- ci ildə yazdığı «Varlıq və 
zaman» əsəri ekzistensializmin tarixi başlanğıcı hesab olunur. O göstərirdi 
ki, obyektiv idrak metodu, yə‟ni elmi metod yalnız xarici aləmi öyrənmək 
üçün səmərəlidir. O insanı öyrənmək üçün yaramır, çünki insan xüsusi 
növdən olan varlıqdır. Insan öz varlığını bilir və hiss edir. Insan varlığının 
bu spesifikliyini göstərmək üçün ekzistensializm onu «mövcudluq» 
adlandırır. Bu termin insan mövcudluğunun dərin mə‟nasını, onun 
təkrarolunmazlığını, taleyinin unikallığını ifadə edir. Ekzistensiya insanın 
öz seçimini edə bilmək, öz imkanlarını açmaq, bir sözlə özü- özünün sahibi 
olmaq qabiliyyətidir. 
Ekzistensialistlər göstərirlər ki, real həyatda insan xarici aləmlə və 
digər insanlarla təmasda olur. Gündəlik ünsiyyət prosesində konkret 
insanın fərdiyyəti və təkrarolunmazlığı əriyib gedir. Belə ki, ümumi 
davranış səciyyəsi və həyat stili qərarlaşır. 
Bu şəraitdə «şəxssizlik» (Man) 
özünü göstərir
. Belə mövcudluq əsl mövcudluq deyildir. Lakin insan bu 
vəziyyətdən çıxa bilir. Müxtəlif faciəli situasiyalar (yaxınlarının ölümü, 
ciddi mə‟nəvi münaqişələr və sair) ona bu işdə kömək edir, onu yuxudan 
oyadır. Onu əhatə aləmin biganəliyini, özünün kimsəsizliyini göstərir. Belə 
situasiyaları Haydegger sərhədd situasiyaları adlandırır. Belə situasiyalar-
da insan həyəcanlı vəziyyətdə olur. Həyəcan onu qeyri- şəxssiz (Man) 
vəziyyətdən çıxarır. O tənhalığını başa düşür, yaşamağın absurd olduğunu 
anlayır. Əsl insan bu insandır, yə‟ni özünün tənhalılığı faktını 
mə‟nalandırmağı bacaran insandır. Beləliklə ekzistensialistlər belə nəticə 
çıxarırlar ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin