Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Ekzistensializm azadlığı insanın özgələşməsi ilə bağlı şəkildə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə153/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   149   150   151   152   153   154   155   156   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Ekzistensializm azadlığı insanın özgələşməsi ilə bağlı şəkildə 
götürür. 
Onun nümayəndələri Marksdan fərqli olaraq özgələşməni təkcə 
kapitalizmə deyil, bütün cəmiyyətlərə aid edirlər. Onların fikrincə 
fəlsəfənin mə‟nası bu özgələşməni qeyd etmək deyildir. Fəlsəfə bu cür 
faciəli əhval- ruhiyyəli insana kömək etməlidir. Onun öz «Mən»ini axtarıb 
tapmasına çalışmalıdır. Ekzistensialistlər öz əməlləri ilə bunu sübut etmək 
istəyirdilər. Məsələn, Sartr II Dünya müharibəsi dövründə faşizmə qarşı 
Müqavimət hərəkatının fəal iştirakçısı olmuşdur. O və digər 
ekzistensialistlər həm də müharibənin yaratdığı şəraitdən istifadə edərək 
bir sıra fəlsəfi məsələlərin müzakirəsini ön plana keçirdirdilər (məsələn, 
insanın mövcudluğunun mə‟nası, əxlaqi seçim problemləri, ölümə 
münasibət və s.). 
Ekzistensializmin və digər fəlsəfi cərəyanların bə‟zi müsbət 
tərəflərini sintez etmək əsasında 
hermenevtika
(izah etmək, şərh etmək 
deməkdir) adlı fəlsəfi məktəb fəaliyyət göstərir. Qeyd edək ki, onun 
ünsürləri hələ antik dövrdən istifadə olunurdu (müxtəlif dini, bədii, hüquqi, 
mədəni mənbələri şərh edərkən). Lakin o fəlsəfi nəzəriyyə kimi 


125 
F.Şleyermaxer (1768- 1834) və V.Diltey (1833- 1911) 
tərəfindən 
əsaslandırılmışdır. Onlar hermenevtikanı humanitar biliklərin, yə‟ni ruh 
haqqında elmlərin idrak metodu kimi qələmə verirdilər. Məsələn, Diltey 
göstərirdi ki, bu elmlər hisslərin, yaşantıların, ideyaların, insan 
hərəkətlərinin məcmusunun təzahürünü öyrənir. Buna görə də insan onların 
mahiyyətini yalnız bu həyəcanları öyrənmək vasitəsilə aça bilir. 
Bu tə‟lim göstərir ki, təbiət elmlərinin idrak metodunu rasional- de-
duktiv izah təşkil edir. O anlayışların səbəbiyyət əlaqələrinin və onların 
məntiqi qaydalarını müəyyən etməyə əsaslanır. Ruh haqqında elmlərdə isə 
bundan fərqli olaraq əsas metod anlama olmalıdır. Bu metod 
subyektivləşdirilmiş mə‟nada götürülən anlamadır. O insanın subyektiv 
qiymətlərindən, ehtiras və emosiyaları haqqında təsəvvürlərindən 
ayrılmazdır. Bununla əlaqədar olaraq Diltey hermenevtikanı «anlayan 
psixologiya» da adlandırırdı. Yuxarıda adını çəkdiyimiz 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin