Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə154/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   150   151   152   153   154   155   156   157   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

M.Haydegger 
anlamanın iki növünü fərqləndirirdi. Birinci növ anlama faktiki 
mövcud olan varlığın şərhini nəzərdə tutur. Ikinci növ anlama isə 
keçmiş obyektlərin hermenevtik şərhini ifadə edir. 
Haydeggerin tələbəsi olan Q.Qadamer hermenevtikanı daha geniş 
planda götürür. Ona təkcə humanitar biliyi dərketmə metodu kimi deyil, 
həm də gerçəkliyin və varlığın tədqiqat üsulu kimi yanaşır. Onun fikrincə 
gerçəklik mətnlər aləmi kimi çıxış edir. Onu şərh etmək, anlamaq və izah 
etmək lazımdır. Bu halda mətnlər təkcə tarixi mənbələr, hüquqi və ya digər 
sənədlərdən ibarət hesab olunmur. Buraya həm də dil və söz formasında 
çıxış edən insan hərəkətləri daxildir. Bununla əlaqədar fəlsəfi hermenevtika 
dilə xüsusi status verir. Məsələn, Qadamer və digər mütəfəkkirlər 
göstərirlər ki, insan dil sferasında yaşayır. Dilin hudüdları (sərhədləri) 
varlığın özünün hüdudları ilə uyğun gəlir. Bu nöqteyi- nəzərdən 
yanaşdıqda dil elə bir universal mühitə çevrilir ki, burada insan bir subyekt 
kimi kənarlaşdırılır. Beləliklə 
hər cür anlama dil probleminə müncər 
edilir
. Hermenevtikanın predmetini təşkil edən bütün anlama fenomenləri 
dil və dialoq hadisələrindən ibarət hesab olunur. 
Qeyd edilməlidir ki, 70- 90- cı illərin hermenevtikləri anlama 
əməliyyatını mətnlərin təfsiri prosesində yaranan yardımçı vasitə kimi 
götürmürlər. Ona insan varlığının və təfəkkürünün müəyyənedicisi kimi 
yanaşırlar. Nəticədə hermenevtika insanın mahiyyətini, onun ali dəyərlərini 
öyrənən nəzəriyyəyə, başqa sözlə fəlsəfi antropologiyaya çevrilir. 
Hermenevtikanın inkişafının mühüm bir səpkisi 
P.Rikyorun və 
A.Lorensin adı ilə bağlıdır. Onlar hermenevtikanı psixoanaliz ilə sin-
tez etməyə çalışırlar
. Məsələn, Rikyorun fikrincə psixoanaliz mədəniyyəti 
yuxularda və nişanələrdə (simvollarda) aşkar edir. Buna görə də o özü- 
özlüyündə mədəniyyətin izahı deməkdir. Hermenevtikanı freydizm 


126 
ideyaları ilə sintez etmək cəhdi Y.Xabermas tərəfindən də göstərilir. O öz 
tədqiqatlarında psixoanalizdən metodologiya kimi istifadə edir. Xabermas 
da hermenevtikanı mətnləri izah etmək nəzəriyyəsindən daha çox bütün 
ətraf aləmi şərh etmək vasitəsi kimi qəbul edir. 
Qeyd olunmalıdır ki, fəlsəfi hermenevtikanın öz ilkin mə‟nasını aşıb 
elmi idrakın ümumi metodologiyası rolunu iddia etməksi təsadüfi deyildir. 
Bu onunla əlaqədardır ki, 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin