133
varlığın iki əsas növünün obyektiv reallığın və subyektiv reallığın bir-
birindən fərqliliyi vurğulanır.
Göründüyü kimi, varlıq anlayışı son
dərəcə geniş və mücərrəd xa-
rakter daşıyır. Lakin o insanların gündəlik həyatı ilə sıx əlaqəlidir. Belə ki,
onlar dünyanın mövcudluğu, onun əvvəli və axırı, təbiət və cəmiyyətdə baş
verən dəyişiklər haqqında daim fikirləşməli olurlar. Insanlar öz təcrübəsi
və düşüncəsi əsasında
belə bir qənaətə gəlirlər ki, dünya sonsuz və
əbədidir.
O həm burada mövcuddur, həm də başqa yerdə. O keçmişdə
mövcud
olmuşdur, indi vardır və gələcəkdə də olacaqdır. Bununla yanaşı
insanlar belə bir həqiqəti də anlayırlar:
bütöv bir tam kimi götürülən
dünya əbədi xarakter daşısa da, buradakı konkret cisimlər, təbiət
hadisələri və canlılar müvəqqətidir, onlar fasiləsiz surətdə dəyişilirlər.
Buradan aydın olur ki, varlıq kateqoriyası özündə müəyyən ziddiyyətliliyi
və fərqliliyi əks etdirir. Nəzərdə tutulmalıdır ki, bütöv bir tam kimi
götürülən dünyanın varlığı burada mövcud
olan konkret obyektlərin
müvəqqəti varlığından ayrılmazdır. Bunu ondan görmək olar ki, dünyadakı
çoxsaylı ayrı- ayrı cisimlər, hadisələr və proseslər məhz mövcud olmaları
sayəsində dünyanın vəhdətini tə‟min edirlər. Başqa sözlə,
onlar bir-
birindən ciddi surətdə fərqlənirlər,
lakin hamısı üçün ümumi olan
mövcudluq əlaməti vahid bir tam kimi götürülən dünyanın vəhdətini
yaradır.
Qeyd edək ki, fəlsəfi fikirdə varlıq anlayışının geniş yer tutmasına
baxmayaraq bə‟zən varlığın müstəqil kateqoriya kimi işlənilməsinə e‟tiraz
edən baxışlar da mövcuddur.
Dostları ilə paylaş: