134
və proseslərin məcmusu başa düşülür. Təbiətdəki hadisə və proseslər,
cəmiyyətdəki çoxsaylı münasibətlər, habelə insanların ideyaları, fikirləri və
hissləri bu anlayışa daxildir. Gerçəklik anlayışına mə‟naca yaxın olan
reallıq anlayışı
isə daha çox varlığın iki mövcudluq üsulunu- obyektiv və
subyektiv tərəflərini nəzərə çarpdırır. Bu o deməkdir ki, varlığın insandan
kənarda və ondan asılı olmayaraq mövcud olan hissəsi obyektiv reallıqdır.
Təbiət və cəmiyyət hadisələri, elementar hissəciklərdən başlayaraq metaqa-
laktikaya qədər mövcud olan bütün maddi obyektlər bu anlayışı ifadə edir.
Varlığın digər tərəfini subyektiv reallıq təşkil edir. Buraya insanların şüuru
və təfəkkürünün məhsulları- ideyaları, fikirləri, baxışları, hissləri və sair,
bir sözlə onların daxili dünyası aiddir. Qeyd olunmalıdır ki, varlığın, yə‟ni
məcmu reallığın obyektiv və subyektiv növlərə bölünməsi xeyli dərəcədə
nisbidir. Belə ki, onlar bir- birilə sıx əlaqəlidir. Daha dəqiq desək, subyek-
tiv reallıq obyektiv reallığın insanın şüurunda əks olunmasıdır.
Ilk nəzərdə belə görünə bilər ki, maddi, obyektiv reallıq əsasdır.
Subyektiv reallıq o qədər də vacib deyil.
Dostları ilə paylaş: