Belə yanaşma tamamilə səhvdir .
Çünki çox vaxt subyektiv reallığın təzahürləri (rəhbərlikdə çalışan işçilərin
keyfiyyətləri) cəmiyyətə maddi reallığın (zəlzələnin, digər təbii
fəlakətlərin) vurduğundan daha çox ziyan gətirir. Yaxud da həyatda
dəfələrlə müşahidə etdiyimiz belə bir cəhətə diqqət yetirək. Bizimlə
ünsiyyətdə olan şəxsin tərsliyini, şıltaqlığını dəf etmək çox vaxt maddi
çətinlikləri aradan qaldırmaqdan daha ağır olur. Eləcə də əksinə
əhatəmizdə olan adamların bizə münasibətdə xeyirxahlıq, nəciblik, xoş
əhval ifadə etməsi heç də maddi ne‟mətlərdən az ləzzət vermir.
Reallıq məsələsi həm gündəlik praktiki həyatda həm də elmdə çox
böyük yer tutur. Məsələn, azarlamış insanda bu və ya digər xəstəliyin
əlamətlərinin real olub- olmaması məsələsi çox əhəmiyyətlidir. Yaxud da
insanın şüurunda müəyyən niyyətin və məqsədin reallığı, sonradan onun
müsbət və ya mənfi planda həyata keçirilə bilməsi bunu sübut edir.
Reallıq problemi bu günkü elmdə xüsusilə mühüm əhəmiyyət kəsb
edir. Mə‟lumdur ki, son vaxtlar sözün əsl mə‟nasında
qeyri adi hadisələr meydana gəlmişdir . Məsələn, ekstrasens yolu ilə, yəni enerji və informa-
siya şüalandırmaqla bir çox xəstəliklər müalicə olunur. Özünün qeyri- adi-
liyi ilə belə hallar çox sehrli, sirli və hətta fövqəltəbii görünə bilər.
Müşahidə və təcrübələr isə onların real mövcud olduğunu sübut edir. Deməli öz mahiyyətinə görə belə hadisələr real varlıqdır. Onların sehrli və
fövqəltəbii izahı həmin mahiyyətin özündən deyil, onun səhv başa
düşülməsindən irəli gəlir. Yaxud da belə bir misal: müxtəlif elmi anlayışlar
uzun müddət xalis nəzəri sxemlər kimi çıxış edir (atom, elektron və s.),
yalnız bir müddət keçdikdən sonra onlar təcrübədə maddi forma alır.