III HISSƏ DÜNYANIN FƏLSƏFI ANLAŞILMASININ ƏSASLARI I FƏSIL VARLIQ HAQQINDA FƏLSƏFI TƏ’LIM 1. Fəlsəfədə varlıq probleminin qoyuluşu Varlıq mövzusu fəlsəfədə mərkəzi yer tutur. Bu aşağıdakı səbəblərlə
izah edilir.
Əvvəla , bütöv bir tam kimi dünyanın varlığının və insanının
varlığının öyrənilməsi fəlsəfənin əsas predmetidir.
Ikinci , varlıq haqqında
tə‟lim (ontologiya) fəlsəfənin ən mühüm tərkib hissəsidir. Nəhayət hər bir
fəlsəfi cərəyan öz baxışlarını izah edərkən birinci növbədə varlıq anlayışına
əsaslanır. Buradan aydın olur ki, varlıq, fəlsəfənin əbədi və dəyişməz
məsələsidir. Məşhur ispan filosofu Orteqa i Qasset yazmışdır: «Fəlsəfə
əşyaların varlığını tam parlaqlığı və şəffaflığı ilə açmaq deməkdir. O,
varlıq haqqında tə‟limdir, ontologiyadır».
1
Varlıq ətrafında gedən fəlsəfi axtarışlar öz mahiyyətinə görə
müəyyən bir şəxsin və ya sosial qrupun mənafeyi ilə məhdudlaşmır. O
bütünlükdə cəmiyyəti düşündürən və narahat edən məsələdir. Əsrimizin
böyük filosofu M.Haydegger bu axtarışları obrazlı şəkildə insanın öz evini
axtarması, evsizliyə və yetimçiliyə son qoyması kimi qiymətləndirir.
Insanın təkcə maddi fəaliyyəti deyil, həm də mə‟nəvi həyatı (elmlə, bədii
yaradıcılıqla və incəsənətlə məşğul olması) onun varlıq haqqındakı
təsəvvürləri ilə sıx bağlıdır. Bundan əlavə varlığın anlaşılması insanları
xoşbəxtliyə, vicdanlı olmağa, öz borcunu başa düşməyə yönəldən cəhdlərin
mənbəyidir.
Bir halda ki, varlığı yalnız insan öz təfəkkürü ilə dərk edə bilir. Deməli, onu bilmək insanı öz həqiqi mövcudluğunu, əzəli varlığını anlamaq, əldə etdiyi azadlıq səviyyəsini mə‟nalandırmaq üçün son dərəcə zəruridir. Varlıq anlayışı geniş və dar mə‟nada işlənilir. Birinci halda dünyada
mövcud olan hər şey (cansız təbiət, üzvi aləm, cəmiyyət, Yer kürəsi,
bütövlükdə Qalaktika, varlığa daxil edilir. Belə yanaşdıqda insanların siya-
si fəaliyyəti və mə‟nəvi fəaliyyətinin bütün məhsulları, elmi, şüuru, ideya
və baxışları, hiss və təsəvvürləri də varlığa daxildir. Sözün məhdud (dar)