Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Insan problemi klassik dini fəlsəfədə də əhəmiyyətli yer



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə158/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   154   155   156   157   158   159   160   161   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Insan problemi klassik dini fəlsəfədə də əhəmiyyətli yer 
tutmuşdur. Bizim günlərin neotomizmində isə əsl antropoloji çevriliş 
müşahidə olunur. 
Hazırda M.Şelerin, j.Maritenin, Q.Marselin, Təyyar de Şardenin və 
başqalarının vaxtilə tə‟qib olunan antropoloji fikirləri dində istifadə olunur. 
«Antropoloji çevriliş» dini fəlsəfənin ən‟ənəvi sərvətlər iyerarxiyası və 
problemlərini yenidən nəzərdən keçirməsi ilə əlaqədardır. Ən‟ənəvi dini 
fəlsəfə bütün məsələləri, (insan da daxil olmaqla) allah probleminə müncər 
edirdi. Müasir dini fəlsəfi antropologiya geniş mə‟nada götürülən insan 
problemini mərkəzi yerə keçirir. Həm də insanın konkret təhlilində hansı 
həyat və davranış dəyərlərini əsas götürmək məsələsində də dəyişikliklər 
baş verir. Bütövlükdə qeyri ortodoksal dini filosofların insan anlamında bir 
sıra yeni ideya və yanaşmalar özünü göstərir. Bunu onların əsərlərindən də 
görmək olar. Məsələn, Q.Marselin, mərkəzi ideyalarından biri müasir so-
sial və əxlaqi böhran şəraitində «ruhun total incilləşdirilməsi» zərurətidir. 
O göstərir ki, «fövqəltəbii qaydanın» olduğunu qəbul etmədən, ruhun 
ölməzliyinə inanmadan insanın və bəşəriyyətin yoxsulluq, qorxu, təhlükə 
və sarsıntılardan xilası qeyri- mümkündür. Lakin Marselin fəlsəfəsində də 
dini qabıq arxasında qeyri- klassik fəlsəfi məzmun vardır. Birinci növbədə 
qeyri- ən‟ənəvi olan budur ki, onun əsərlərində insana və insanın fəlsəfi 
problemlərinə üstün yer verilir. Ən‟ənəvi allah, onun varlığı və s. məsələlər 
arxa plana keçir. Yenilik həm də bundadır ki, Marsel ən‟ənəvi oriyenta-
siyadan fərqli olaraq insanın ən böyük vəzifəsini öz «Mən»ini, 
təkrarolunmaz mə‟nəviyyatını axtarmaqda görür. Əgər ən‟ənəvi dini 
fəlsəfə bəşəriyyətin taleyinin allah tərəfindən himayə edildiyini iddia 
edirdisə, Marsel ekzistensialistlərlə birlikdə müasir dövrdə insan həyatının 
qorxu, ümidsizlik, kimsəsizlik, özgələşmə kimi momentlərini geniş qeyd 
edir.
Insan problemində etik səpki başlıca olaraq xeyir və şər 
məsələlərinə münasibətlə əlaqədardır. Bu problemlər daim dini etika və 
fəlsəfənin mərkəzində durmuşdur. Dini fəlsəfi doktrinaların əsrlər boyu 
davam etməsinin və bu gün üçün də öz gücünü saxlamasının 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin