136
Efesli Heraklitə görə isə dünya heç bir allah və ya insan tərəfindən
yaradılmamışdır. O daim mövcud olan canlı oddur.
Bu od həmişə
hərəkətdədir, vaxtaşırı alovlanır və sönür. Demokritin (e.ə. 460-370) atom-
ist tə‟limi
isə hesab edirdi ki, varlıq (dünya)
bölünməz kiçicik
hissəciklərdən- atomlardan və boşluqdan ibarətdir.
Antik
fəlsəfədə
Platonun (e.ə. 427-347)
sistemi varlığı
özünəməxsus tərzdə izah edirdi. Bu tə‟limə görə əbədi və dəyişməz ideya-
lar aləmi varlığın əsasını təşkil edir. Bizi
əhatə edən konkret əşya və
predmetlər, müvəqqəti xarakter daşıyır və
əbədi ideyalar tərəfindən
müəyyən olunur.
Aristotelə görə
varlıq canlı substansiyadır (substansiya- hər hansı
mövcudatın əsasında duran deməkdir). Onun aşağıdakı prinsipləri vardır:
varlıq maddi və müstəqildir, müəyyən struktura (yə‟ni aktiv formaya) ma-
likdir, onun mənşəyi (səbəbi) vardır və müəyyən məqsədə xidmət edir.
Varlığın bu tərəfləri bir- birindən ayrılmazdır. Onlardan hər hansı biri ol-
mazsa, onda substansiya mövcudatın əsası olmaq funksiyasını yerinə yetirə
bilmir.
Ümumiyyətlə, antik fəlsəfədə varlıq ümumi və bütöv şəkildə, daxili
növlərə və formalara ayrılmamış halda götürülürdü.
Bununla birlikdə orada
varlığa dair gərəkli fikirlər vardır.
Bunlardan
varlığın anlaşılması
vasitəsilə insana lazım olan keyfiyyətlərin əsaslandırılmasını, varlığın
yaradıcı fəallığı məsələsini, varlıq ilə yoxluğun qarşılıqlı münasibətini
Dostları ilə paylaş: