formaları bir- birilə sıx əlaqədədir . Onlar çox vaxt bir- birinə nüfuz edirlər. Buna
cəmiyyətin varlığını misal göstərmək olar. Bu varlıq növündə maddi və
ideal, birinci və ikinci təbiət, subyektiv və obyektivləşmiş ruh çulğaşmış
halda çıxış edir.
Bu deyilənlərlə yanaşı
varlıq bir sıra səviyyələri də əhatə edir .
Əlbəttə varlığın formalara ayrılması ilə onun səviyyələr üzrə bölgüsü üst-
üstə düşmür. Sonuncu bölgü ayrıca səpkidir. O bütün formaları əhatə edir
və aşağıdakılardan ibarətdir:
təbiətin varlığı, sosial (ictimai) varlıq və fərdi varlıq. Nəzərdə tutulmalıdır ki, bunların hər biri də öz növbəsində bir
sıra daxili tərəfləri əhatə edir. Məsələn, təbiətin varlığı atmosferə,
hidrosferə, litosferə, biosferaya və noosferaya ayrılır. Yaxud da sosial
varlıq iqtisadi, sosial, ekoloji, siyasi və mə‟nəvi tərəflərdən ibarətdir.
Varlığın səviyyələri həm də onun inkişafı, prosessual xarakteri baxımından müəyyən olunur . Belə yanaşdıqda varlığın səviyyələri
gerçəklikdəki mövcudluq ilə mövcudluq imkanı mövqeyindən
səciyyələndirilir. Bu bölgü çox vaxt varlığın
«aktual səviyyəsi» və «po- tensial səviyyəsi» kimi göstərilir. Onlar bir- birilə ayrılmaz əlaqəlidir. Belə
ki, mövcud olmaq imkanı əsl reallığa çox yaxındır. Müəyyən şərait
yarandıqda o asanlıqla həqiqi mövcudluğa çevrilir. Buna görə də onu nisbi
mə‟nada qeyri- varlıq (yoxluq) kimi təsəvvür etmək olar.
Bə‟zən varlığın səviyyələri
onun modusları (modus- növ deməkdir) şəklində izah olunur . Onlardan birincisi hələ insana bəlli ol-
mayan, bir növ gizli vəziyyətdə olan mövcudluğu ifadə edir. Əlbəttə,
gələcəkdə müvafiq şərait yarandıqda varlığın bu növü də insanların pred-
met- praktiki və elmi- nəzəri fəaliyyətinə cəlb olunacaqdır. Hələlik isə bu
forma nisbi mə‟nada