Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Antik fəlsəfədə substansiya maddi substrat, əşyaların ilkin əsası



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə177/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   173   174   175   176   177   178   179   180   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Antik fəlsəfədə substansiya maddi substrat, əşyaların ilkin əsası 
kimi göstərilmişdir. 
(Məsələn Demokritin atomist tə‟limi). Yeni dövr 
fəlsəfəsində isə substansiyanın təhlili iki istiqamətdə getmişdir. Birinci 
xəttin nümayəndəsi Bekon substansiyanı varlığın son hüdudunda duran 
əsas hesab edirdi. Həmin dövrün digər filosofu R.Dekart ikili 
substansiyanın (maddi və mə‟nəvi) mövcudluğundan çıxış etmişdir. 
Beləliklə, bu istiqamət substansiyanın ontoloji izahı ilə əlaqəli olmuşdur. 
Ikinci istiqamətin tərəfdarları substansiyanı qnoseoloji (idrak nəzəriyyəsi) 
planda anlamışlar. Yə‟ni onun bilik üçün yaratdığı imkanlara əsas diqqət 
yetirmişlər. Məsələn C.Berkliyə görə maddi substansiya mümkün deyildir. 
Bizim qavradığımız hər bir əşya duyğularımızın məcmusudur. 
Onun 
fikrincə substansiya elə bir qarmaqdır ki, insanlar ondan öz 
duyğularını asırlar.
XX əsrin əvvəllərində qərb fəlsəfəsində substansiya anlayışı və onun 
idrakda rolu şübhə altına alınırdı. Məsələn pozitivizm onu adi şüurun qalığı 
hesab edirdi. Bu tə‟limə görə substansiya, elmi biliyə də bir qalıq kimi dax-
il olur.
Müasir nəzəri fikirdə substansiya ideyasını yeni şəkildə 
mə‟nalandırmaq cəhdi özünü göstərir
. Bu cəhdin əsasında bütün maddi- 
mə‟nəvi prosesin bütövlüyü prinsipi durur.
Substansiyanın imkanları birdən- birə deyil, tədricən həyata keçiri-
lir. 
Indi substansiyaya bir çox mümkün olan dünyaların sistemi kimi 
yanaşılır. Ümumi inkişaf prosesi gedişində bu dünyaların imkanları 
məsələsi aktual mə‟na kəsb edir.
Materiyanın substansiya kimi izahı çox lazımlı və vacibdir. Lakin o 
kifayət deyildir, çünki materiyanın daha çox genetik mənbəyini ifadə edir. 
Materiyanın mahiyyətinin nə olduğunu bilmək üçün onu obyektiv 
reallıq kimi nəzərdən keçirmək zəruridir.
Qeyd edək ki, materiya anlayışının düzgün izahı insanın 
dünyagörüşünün çıxış nöqtəsidir. Bu anlayış şəxsiyyətin gündəlik həyat 
təcrübəsində, onun hiss və təsəvvürlərinin formalaşmasında çox 
mühümdür. Insanın ətraf dünyanı başa düşməsində və onu öz şəxsi varlığı 
ilə əlaqələndirməsində də bu anlayışın rolu böyükdür. Nəzəri planda 
1
Bax: Основы философии. М.,1997, с.55. 


145 
materiyanı təhlil etmək ona görə vacibdir ki, o hər bir fəlsəfi cərəyanın 
mərkəzi məsələsidir. Bu və ya digər fəlsəfi tə‟lim məhz ondan çıxış edib öz 
sistemini yaradır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin