Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Materiyanın fəlsəfi anlamı ilə təbii- elmi anlamı bir- biri ilə sıx



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə180/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   176   177   178   179   180   181   182   183   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Materiyanın fəlsəfi anlamı ilə təbii- elmi anlamı bir- biri ilə sıx 
əlaqəlidir
. Lakin onları eyniləşdirmək olmaz. Belə ki, ikinci qrup 
təsəvvürlər daha sür‟ətlə dəyişilir. Təbiidir ki, onlar həm də nisbətən tez 
köhnəlir. Bundan fərqli olaraq materiyanın fəlsəfi anlamı onun başlıca 
xassəsini- obyektiv reallıq olmasını əsas götürür. Odur ki, fizika, kimya, 
biologiya, kosmologiya və sair elmlərin inkişafı gedişində materiyanın ye-
ni- yeni xassələri aşkar olunsa də, bu əsas xassə dəyişməz qalır. Əksinə 
elmi təsəvvürlər dəyişildikcə onun doğruluğu daha artıq təsdiq olunur. 
Bunu XIX əsrin sonu və XX əsrin əvvəllərində təbiətşünaslıqda baş vermiş 
nəhəng kəşflərin nümunəsində yəqin etmək olar. Həmin dövrdə radiaktiv-
liyin, elektronun kəşfi, nisbilik nəzəriyyəsi və sair, materiyanın izahında 
keyfiyyətcə yeni mərhələ açdı. Onların sayəsində dünyanın iki yüz ildən 
çox davam edən mexaniki mənzərəsi boşa çıxdı. Onun yerinə dünyanın 
elektromaqnit mənzərəsi yarandı və inkişaf etdi. Əlbəttə bu proses çox ağır 
və çətin gedirdi. Hətta bir çox görkəmli təbiətşünaslar dolaşıq vəziyyətə 
düşmüşdülər. Onlar mexaniki dünyagörüşə malik olduqlarından baş vermiş 
elmi yeniliklərdən düzgün nəticə çıxara bilmirdilər. Bə‟zi fizik və filosoflar 
köhnəliyin əsirliyində qalaraq belə hesab edirdilər ki, materiya yalnız 
maddədən ibarətdir. Onun hiss üzvləri vasitəsi ilə məlum olan xassələri 
(rəngi, iyi, bərkliyi və sair)vardır. Təbiidir ki, həmin dövrdə aşkar olunan 
yeni hadisələrdə bu xassələri qavramaq qeyri- mümkün idi. 
Buradan da 
bə‟ziləri belə nəticə çıxarırdı ki, elementar hissəciklər maddi deyil-
1
Bax: Алексеев П., Панин А. Философия. М.,1997, с.365. 


147 
dir.Guya materiya enerjiyə çevrilmişdir
. Yaxud da ətraf aləmdəki 
əşyalar maddi deyil, sadəcə insanın duyğularının kompleksidir.
Qeyd edək ki, bu cür yanlış baxışların formal da olsa bir əsası vardı. 
Belə ki, əvvəldə kütlə materiyanın ölçüsü hesab olunurdu. Buna görə də 
cismin hərəkət sür‟əti ilə əlaqədar onun kütləsində dəyişikliklər baş verirsə, 
deməli əvvəlki materiya yox olur. Bəzi riyaziyyatçılar hətta materiyanın 
real maddi əsaslarını riyazi tənliklər ilə əlaqələndirirdilər. Onların fikrincə 
riyazi düsturlar mücərrəd xarakter daşıdığı kimi materiya da xalis fikir 
məhsuludur.
Elmin inkişafı materiyanın y

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin