148
Qeyd olunmalıdır ki, materiya anlayışının həddən artıq
bəsitləşdirmək doğru deyildir. Onu ayrı- ayrı konkret əşya və predmetlərlə
eyniləşdirmək olmaz. Materiya ümumi abstraksiyadır. Onu görmək, tox-
unmaq və iyini bilmək mümkün deyildir.
Bu və ya digər xassələr
materiyanın özündə yoxdur. Onlar yalnız materiyanın çoxsaylı konkret
təzahür formalarına məxsusdur. Digər tərəfdən nəzərdə tutulmalıdır ki,
materiya nə isə bir qeyri- müəyyən «obyektsiz və simasız» bir şey deyildir.
Onu ayrı- ayrı maddi formaların real imkanı
hesab etmək də doğru
olmazdı. Materiya həmin konkret formaların gerçəklikdəki həqiqi
varlığıdır.
Materiya dünyadakı çoxsaylı
predmet və hadisələri, onların
hamısına xas olan bir əlamətə görə birləşdirir. Bu əlamət şüurdan kənarda
və ondan asılı olmayaraq mövcud olmaqdır.
Məhz bu obyektiv reallıq
xassəsi materiya anlayışının əsasıdır. Bundan sonra materiyanın əsas
xassələri sırasında onun strukturluluğu, məhv olunmazlığı, daim
hərəkətdə, məkanda və zamanda olması, in‟ikas etdirmə qabiliyyəti
xüsusi yer tutur.
Materiyanın ayrılmaz xassələrindən biri onun məhvolunmazlığıdır.
Bu xassə onda ifadə olunur ki, materiyanın
bütün konkret təzahürləri
dəyişilsə də, bütövlükdə o öz sabitliyini saxlayır. Müasir elm sübut edir ki,
materiyanın özülündə duran ən ilkin səviyyədə fasiləsiz surətdə elementar
hissəciklərin çevrilməsi baş verir. Lakin materiya ümumi substansiya kimi
daim dəyişməz qalır. Materiyanın məhvolunmazlığını enerjinin
saxlanması və çevrilməsi qanunu da sübut edir. Bu qanuna
görə dünyada
baş verən bütün çevrilmə proseslərində kütlənin və enerjinin ümumi
miqdarı sabit qalır. Məsələn, mexaniki hərəkət sürtünmə nəticəsində istilik
hərəkətinə çevrilir. Istilik hərəkəti isə şüalanmaya keçə bilir. Bütün bu və
digər hallarda materiya öz əbədiliyini saxlayır.
Dünyada heç bir maddi obyekt materiyanın
konkret təzahürü kimi
heç nədən yaranmır, o məhv olanda da başqa birisinə çevrilir. Eynilə də hər
bir obyektin yaranması başqasının məhv olması deməkdir.
Dostları ilə paylaş: