kəşflər sübut edir ki, açıq sistemlərdə (ətraf mühit ilə maddə, enerji və informasiya mübadiləsində
olan sistemlərdə) entropiyanın toplanması təhlükəsi yoxdur. Çünki burada
qapalı sistemlərdən fərqli olaraq ikitərəfli proses gedir: bir tərəfdən
kənardan yeni maddələr və enerji qəbul olunur, digər tərəfdən isə sistemdə
işlədilmiş enerjinin qalıqları yenidən ətraf mühitə səpələnir. Ona görə də
burada entropiya toplanmır. Həm də açıq sistemə yeni enerji və maddələr
daxil olduqca onun qeyri- müvazinətli vəziyyəti tə‟min olunur.
Beləliklə açıq sistemlərdə fasiləsiz surətdə özünütəşkil etmə prosesi baş verir. 3. Müasir elm materiyanın quruluşu haqqında Materiya yekcins və eyni formalı deyildir. O son dərəcə mürəkkəb
quruluşa malikdir.
Materiyanın daxilində öz kəmiyyətinə və keyfiyyətinə görə bir- birindən fərqli səviyyələr mövcuddur . Bunu hər
kəs öz gündəlik həyatında da yəqin edə bilər. Ətrafa nəzər saldıqda bəlli
olur ki, dünyadakı maddi mövcudatlar qarmaqarışıq deyildir. Onlar
müəyyən təşkil olunmuş səviyyələrin çoxpilləliyi kimi çıxış edir. Bir sözlə
materiya strukturlu xarakter daşıyır. Materiyanın strukturluluğu dedikdə
onun bir- birilə sıx əlaqəli müxtəlif keyfiyyətli səviyyələrə ayrılması başa
düşülür. Bu səviyyələr, habelə onların hər birini təşkil edən elementlər
sahmanlı qanunauyğun qaydada düzülür. Struktursuz materiya mövcud ola
bilməz. Əks halda o yekcins reallıq kimi çıxış edərdi. Onun müxtəlif
tərəfləri arasında qarşılıqlı tə‟sir olmazdı. Fəlsəfə isə öyrədir ki, qarşılıqlı
tə‟sirdən kənarda heç bir maddi obyekt mümkün deyildir.
150
Materiyanın quruluşu və struktur səviyyələri haqqında təsəvvürlər
hər bir dövrdə elmin inkişafına, dünyanın elmi mənzərəsinə əsaslanır. Bu
təsəvvürlər zaman keçdikcə dəyişilir və dəqiqləşir.