152
Materiyanın quruluşunda bu iki tərəf ayrılmaz vəhdətdədir.
Müasir fizika
elmi göstərir ki, bütün elementar hissəciklər korpuskulyar- dalğa xassəsinə
malikdir. Onların hər birinin öz növbəsində mürəkkəb daxili tərkibi vardır.
Burada xeyli dərəcədə sirrli xarakter daşıyan kvarklar (heyranedici
deməkdir) və qlüonlar vardır. Mikro hissəciklər korpuskulyar- dalğa
xassəli olduğu üçün eyni bir vaxtda onların sür‟ətini
və dəqiq yerini
müəyyən etmək mümkün olmur.
Bu Heyzenberqin qeyri- müəyyənlik
prinsipində ifadə olunur
. Elementar hissəciklərin bu ikili təbiətini yalnız
Şredingerin dalğa funksiyaları tə‟limi vasitəsilə təsvir etmək olur.
Materiyanın milyard illər ərzində davam
edən təkamülü gedişində
molekulların tərkibinin mürəkkəbləşməsi baş vermişdir. Nəticədə üzvi
birləşmələr və sonra isə həyat meydana gəlmişdir.
Onun tarixi təxminən
3,8 milyard il bundan əvvələ təsadüf edir. Canlı həyat yarandıqdan sonra
bir yerdə dayanıb durmamış, daim təkmilləşmişdir.
Dostları ilə paylaş: