Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə195/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   191   192   193   194   195   196   197   198   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Həm də nəzərdə 
tutulmalıdır ki, kütlə hələ materiya demək deyildir. O materiyanın 
xassələrindən biridir
. Buna görə də materiya öz xassələrindən birinə 
çevrilə bilməz. Kütlə materiyanın ətalət və qravitasiya (ağırlıq deməkdir) 
xassələrini ifadə edir. Enerji isə hərəkət ölçüsü deməkdir. 
Qeyd edək ki, energetizm müəyyən qədər modernizə 
olunmuş hal-
da neoenergetizm şəklində bizim dövrümüzdə 
də özünü göstərməkdə 
davam edir. Doğrudur onun tərəfdarları indi Ostvald kimi materiyanı 
açıqdan açığa enerjiyə müncər etmirlər. Onların fikrincə müəyyən 
şəraitlərdə materiya guya tamamilə enerjiyə və əksinə enerji materiyaya 
çevrilə bilər. Onlar da Eynşteynin 
E=ms
2
 düsturunu
materiyanın enerjiyə 
çevrilməsi ruhunda təfsir edirlər. Əslində isə yuxarıda deyildiyi kimi, bu 
düsturda söhbət kütlə ilə enerjinin funksional asılılığından gedir. Burada 
materiya anlayışı heç yerli- dibli yoxdur. Neoenergetizmin tərəfdarları cüt 
elektronların, pozitronlara- kvant qammalarına və əksinə baş verən 
çevrilməsini materiyanın xalis enerjiyə çevrilməsi kimi qələmə verirlər. 
Məsələn, V.Heyzenberq göstərir ki, elementar hissəciklər forması almaqla 
enerji maddəyə çevrilə bilir. Odur ki, müxtəlif elementar hissəciklərə fun-
1
Спиркин А.Г. Философия. М.,2000, с.275. 


159 
damental substansiyanın müxtəlif mövcudluq formaları kimi, yə‟ni mate-
riya və ya enerji kimi baxmaq olar. 
Ostvaldın müasir davamçıları elektron- pozitron annihilyasiyası 
əsasında materiyanın enerjiyə çevrilməsini sübut etməyə cəhd göstərirlər. 
Müasir fizikanın başqa kəşflərini də (kütlənin defektası anlayışı, kütlə və 
enerjinin ekvivalentliyi qanunu və s.) öz mövqelərinə uyğun şərh etməyə 
çalışırlar. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   191   192   193   194   195   196   197   198   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin