160
qaydalarına malik olan növü başa düşülür
. Hərəkət formalarının
müxtəlifliyi materiyanın ayrı- ayrı struktur səviyyələrdən təşkil olunması
ilə izah edilir.
Keçən mövzuda materiyanın əsas struktur səviyyələri haqqında
danışmışdıq. Bu səviyyələrin hər birinin özünün hərəkət forması da
mövcuddur.
Bu onunla şərtlənir ki,
əvvəla
, hər bir səviyyənin maddi
daşıyıcıları özünəməxsus xarakter daşıyır və başqalarından fərqlənir.
Digər
tərəfdən
, materiyanın hər bir strukturun səviyyəsində qarşılıqlı tə‟sir üsulu
da spesifik olur.
Hərəkət formalarının konkret təsnifatı məsələsi də diqqəti cəlb edir.
XIX əsrin 70-
ci illərində
F.Engels materiyanın aşağıdakı beş hərəkət
formasını göstərmişdi
: mexaniki, fiziki, kimyəvi, bioloji və sosial forma-
lar.
Engelsin təsnifatı aşağıdakı prinsiplərə arxalanır:
Birinci
hər bir
hərəkət fomasının özünə məxsus maddi daşıyıcısı vardır. Məsələn, mex-
aniki hərəkətdə belə daşıyıcı makrocisimlər,
fiziki hərəkətdə- molekullar,
kimyəvi hərəkətdə- atomlar, bioloji hərəkətdə- canlı
sistemlər, sosial
hərəkətdə isə- ictimai orqanizmdir.
Ikinci,
hərəkət formaları sadədən
mürəkkəbə
doğru
düzülmüşdür.
Üçüncü,
hərəkət
formaları
müəyyənləşdirilərkən genetik (mənşə, yaranma deməkdir)
prinsipə əməl
edilmişdir. Yəni hər bir növbəti formanın ona qədərki forma ilə genetik
əlaqəsi göstərilmişdir.
Hərəkətin yuxarıda göstərilən formaları bir- birilə sıx əlaqədardır.
Bu özünü birinci
növbədə onda göstərir ki,
hər bir yüksək hərəkət
forması özündən əvvəlki formanı da əhatə edir
. Lakin aşağı forma
yuxarı formaya tabe vəziyyətdə olur. Məsələn bioloji hərəkət formasında
ondan aşağı formalar (kimyəvi, fiziki və mexanki)
müəyyən dərəcədə
iştirak edirlər. Lakin bioloji formada əsas yeri məhz bioloji qanunauyğun-
luqlar tutur. Aşağı hərəkət formaları yalnız yardımçı rol oynayırlar.
Hərəkət formaları bir- birindən ayrılmazdır. Lakin onların hər biri-
nin keyfiyyət spesifikliyi vardır.
Dostları ilə paylaş: