obyektin necə dəyişilməsindən asılı olmayaraq müəyyən zaman intervalında o öz mövcudluğunu və keyfiyyət müəyyənliyini sabit saxlayır. Hər hansı bir obyektin sükunətdə olduğunu söyləmək o deməkdir ki,
onun məkanda müəyyən forması və sabit strukturu vardır. Lakin həmin
sabit görünən maddi obyektə elektron mikroskop altında baxdıqda başqa
bir vəziyyətin şahidi oluruq. Onun kənar sərhəddində olan molekullar daim
hava ilə bir- birinə nüfuz edirlər. Yə‟ni həmin səthdə yerləşən molekullar
fasiləsiz surətdə hava molekulları ilə qarşılıqlı surətdə bir- birinə keçirlər.
Mə‟lum olur ki, bizim sükunət vəziyyətində qavradığımız hər hansı bir
obyekt əslində daim dəyişmədədir. Eyni fikri mə‟nəvi həyat hadisələrinə
münasibətdə də söyləmək olar. Bizim mə‟nəvi aləmimiz daim dəyişikliyə
uğrayır (köhnə hisslər və fikirlər məhv olur, yeniləri yaranır).
Beləliklə sükunət hərəkətin elə bir halını ifadə edir ki, bu hal predmetin dayanıqlığını, onun keyfiyyətinin saxlanılmasını tə‟min edir. Buna görə də sükunət nisbidir; onu mütləqləşdirmək doğru deyildir.
Eynilə də dəyişkənliyi həddən artıq şişirtmək və mütləqləşdirmək yol
verilməzdir. Sükunətə məhəl qoymamaq mütləq relyativizm (hər şeyi nisbi
görmək deməkdir) adlanan səhvə gətirib çıxarır.
Hərəkət fasiləliklə fasiləsizliyin vəhdətidir. Hərəkətin bu xassəsi
inkişaf anlayışında daha aydın görünür. Inkişaf irəli doğru yönəlmiş,
qarşısı alınmaz hərəkətdir. Onun daxilindəki momentlər bir- birilə ayrılmaz
əlaqədədir. Hərəkət mövcudatların öz daxilində, onların dəyişilmə mənbəyi
kimi çıxış edir.
Qeyd olunmalıdır ki, hər hansı bir əşyanın hərəkəti yalnız başqaları
ilə münasibətdə özünü göstərir. Ayrıca bir əşyanın müstəqil hərəkət etdiyi-
ni söyləmək cəfəngiyyat olardı.
Odur ki, müəyyən bir obyektin hərəkətini öyrənmək üçün onu mütləq başqası ilə münasibətdə