Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Qeyd olunmalıdır ki, hərəkət təsadüfi baş vermir və yaxud da



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə191/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   187   188   189   190   191   192   193   194   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Qeyd olunmalıdır ki, hərəkət təsadüfi baş vermir və yaxud da 
obyektlərə kənardan gətirilmir
. O obyektiv xarakterə malikdir. Yə‟ni 
predmetlərin daxili təbiətindədir. Çünki hər bir maddi obyekt onu təşkil 
edən elementlərin qarşılıqlı tə‟siri sayəsində mövcuddur. Məsələn, atomlar 
ona görə mövcud ola bilir ki, onların tərkibində nüvə və elektronlar 
qarşılıqlı tə‟sirdədir. Canlı orqanizmlərin mövcudluğu onların molekulları, 
hüceyrələri və orqanlarının qarşılıqlı tə‟siri ilə bağlıdır. Cəmiyyət buna 
görə mövcud ola bilir ki, burada müxtəlif insan qrupları bir- birilə qarşılıqlı 
tə‟sirdə fəaliyyət göstərirlər. Gətirilən misallar obyektlərin daxilində onu 
əhatə edən ünsürlər arasındakı qarşılıqlı tə‟siri ifadə edir. Bundan əlavə hər 
bir obyekt xarici qarşılıqlı tə‟sirdə də iştirak edir. Yə‟ni o başqa obyektlər 
ilə, habelə ətraf mühitlə qarşılıqlı tə‟sirdə olur. Bu çoxtərəfli qarşılıqlı 
tə‟sir gedişində əşya və proseslər daim dəyişikliklərə mə‟ruz qalır. Bütün 
bu dəyişiklər isə maddi dünyanın çox mühüm səciyyəsini təşkil edir. 
Deməli dünyada universal xarakterli qarşılıqlı tə‟sir fəaliyyət göstərir

Bu qarşılıqlı tə‟sir hərəkət formasında üzə çıxır. Belə ki, o predmetlərin 
xassələri, münasibətləri və hallarının dəyişməsinə gətirib çıxarır. Fəlsəfədə 
bu dəyişikliklər geniş planda götürülür və hərəkət adlanır. Deyilənlərdən 


156 
aydın olur ki, hərəkət materiyanın ayrılmaz keyfiyyəti, onun mövcudluğu 
üsuludur. Hərəkət anlayışı adi danışıqda cisimlərin məkanda yerdəyişməsi 
kimi başa düşülür. Bundan fərqli olaraq fəlsəfədə hərəkət çox geniş 
mə‟nada götürülür. Onun 
məzmununa elementar hissəciklərdən tutmuş 
böyük səma cisimlərinə qədər bütün obyektlərdə baş verən 
dəyişikliklər daxildir.
Hələ qədim filosoflar dünyanı hərəkətdə görürdülər. Efesli Herakli-
tin irəli sürdüyü «hər şey axır, hər şey dəyişir» fikri bunu sübut edir. De-
mokrit göstərirdi ki, atomlar daim hərəkətdədir. Aristotel isə belə hesab 
edirdi ki, ümumi götürülən hərəkət ilə onun konkret növləri bir- birilə 
əlaqəlidir. O həm də hərəkəti gerçək varlıq kimi təsəvvür edərək yazırdı: 
«mən hərəkət dedikdə, imkan şəklində olanın həyata keçirilməsini başa 
düşürəm».
1

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   187   188   189   190   191   192   193   194   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin