162
Hazırda mexaniki və fiziki hərəkət formalarının nisbəti də yeni
tərzdə çıxış edir. XIX əsrdə belə hesab olunurdu ki, hər cür fiziki hərəkət
(elektromaqnetizm, istilik) efirin, atomun və molekulların
mexaniki
hərəkətinin nəticəsidir. Buna görə də mexaniki proseslər fiziki hərəkətin
genetik əsası hesab olunurdu. XX əsrdə elmin inkişafı bu təsəvvürləri bir
kənara atdı. Mə‟lum oldu ki, mexaniki
hərəkətin özü elementar
hissəciklərin qarşılıqlı çevrilməsi, güclü, zəif, elektromaqnit və qravitasiya
qarşılıqlı tə‟sirinin nəticəsidir. Mexaniki hərəkət materiyanın ayrıca
götürülmüş müəyyən bir struktur səviyyəsi ilə bağlı deyildir. O daha çox
bir neçə səviyyənin qarşılıqlı tə‟sirinin səpkisi kimi çıxış edir.
Dostları ilə paylaş: