164
«Mütləq, həqiqi riyazi zaman özü- özlüyündə və öz mahiyyətinə görə heç
bir kənar hadisəyə münasibət bəsləmədən bərabər sür‟ətlə axır və başqa
sözlə sürəklilik adlanır». Eyni fikri o məkana da şamil edərək göstərirdi:
«Mütləq məkan öz mahiyyətinə görə heç bir kənar hadisə ilə münasibətdə
deyildir, həmişə eyni cür qalır və dəyişilməzdir».
1
Nyutona görə məkan kainatın yerləşməsi üçün olan boş yer tutumu-
dur. Zaman isə xalis sürəklilikdir, Allah tərəfindən birdəfəlik hərəkətə
gətirilmiş «dünya saatları»dır.
Məkan və
zamanın relyasion (münasibət, nisbi deməkdir) izahı
onları müstəqil deyil
, materiya ilə nisbətdə götürür (Aristotel, V.Leybnis
və başqaları). Bu baxışa görə məkan və zaman real obyektlər arasındakı
münasibətləri ifadə edir. Buna görə də onlardan ayrılıqda mövcud deyildir.
Həmin mövqe həqiqətə daha yaxındır və müasir dövrdə geniş yayılmışdır.
Məkan və zaman fövqəltəbii və ya apriori (təcrübədən kənar) forma-
lar deyildir. Onlar obyektiv varlığın, maddi obyektlərin real keyfiyyətidir.
Məkan və zaman fasiləsizlik ilə fasiləliyin vəhdətidir
. Fasiləlik
bizim gündəlik həyatda müşahidə etdiyimiz hadisələrin məkan- zaman
göstəricilərinə məxsusdur. Ümumi mə‟nada, yə‟ni materiyanın mövcudluq
formaları kimi götürüldükdə məkan və zaman fasiləsizdir. Məkan və
zamanın fasiləsizliyi ilə fasiləliyi onların mütləqliyi və nisbiliyi arasındakı
münasibətlər kimidir. Ümumilikdə bu münasibətlər materiya hərəkətinin
mahiyyətini ifadə edir. Məkan və zamanın fasiləliyi daha çox mikroaləmdə
özünü göstərir. Makrocisimlərdə isə onlar bir qayda olaraq fasiləsiz şəkildə
çıxış edirlər.
Məkan və zaman hərəkət ilə ayrılmaz vəhdətdədir.
Dostları ilə paylaş: