Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə204/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   200   201   202   203   204   205   206   207   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

sonra əkizlər paradoksu adlanan 
paradoks geniş yayılmağa başladı. Onun məzmununa görə əkizlərdən biri 
işıq sür‟ətinə yaxın sür‟ətlə hərəkət edən kosmik gəmidə səyahətə çıxır. 
Onun bədənində gedən proseslər o qədər yavaşıyır ki, bir neçə on ildən 
sonra o geri qayıtdıqda, yerdə qoyub getdiyi qardaşından və hətta öz 
uşaqlarından da cavan görünür. 
Nisbilik nəzəriyyəsinin əsasında qeyri- Evklid həndəsəsi durur

Onu Haus və Lobaçevskiy yaratmışdır. Onlar paralel düz xətlər haqqında 
aksiomdan imtina etdilər. Adi həndəsə öyrədir ki, bu cür xətlər uzadıldıqda 
kəsişmir. Ən‟ənəvi Evklid həndəsəsi üçbucağın bucaqlarının cəminin 180
0

yə bərabər olduğunu göstərir. Lobaçevski isə sübut etdi ki, məkan 
göstəricilərinin «əyildiyi» şəraitdə üçbucağın daxili bucaqlarının cəmi 
180
0
- dən azdır. Alman riyaziyyatçısı Riman isə bu göstəricinin 180
0
- dən 
çox olduğunu isbat etdi. Nəticədə mə‟lum oldu ki, Evklid həndəsəsi bütün 
hallar üçün yaramır. O daha mürəkkəb xarakter daşıyan ümumi həndəsənin 
xüsusi konkret bir halıdır. Günəşə yaxın yerdə güclü qravitasiya 
qüvvələrinin tə‟siri altında işıq şüası öz yolunu əyir. 
1916- cı ildə irəli sürülmüş ümumi nisbilik nəzəriyyəsi göstərdi 
ki, nisbilik prinsipi həm də qeyri inersial hesablama sistemlərində 
fəaliyyət göstərir
. Bu nəzəriyyəyə görə məkan- zaman xassələri qravita-
siya (ağırlıq) kütləsinin necə paylanmasından asılıdır. Belə ki, böyük 
ağırlığa malik obyektlərin yaxınlığında məkan xassələri evklid həndəsəsi 
ölçülərindən kənara çıxır, zamanın sür‟əti isə xeyli zəifləyir. 
Bu nəzəriyyənin mahiyyəti haqqında verilmiş suala Eynşteynin özü 
belə cavab vermişdi: «Mahiyyət bundadır: əvvəllər belə hesab edirdilər ki, 
əgər hər hansı mö‟cüzə nəticəsində bütün maddi predmetlər birdən- birə 
yox olsaydı, onda məkan və zaman qalmaqda davam edərdi. Nisbilik 
nəzəriyyəsi sübut etdi ki, həmin predmetlərlə birlikdə məkan və zaman da 
yox olardı».
1
1
Алексеев П., Панин А. Философия. М.,1997, с.370. 


166 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   200   201   202   203   204   205   206   207   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin