Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


dialektika dedikdə elə bir təfəkkür üsulu və



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə212/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   208   209   210   211   212   213   214   215   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

dialektika dedikdə elə bir təfəkkür üsulu və 
nəzəriyyə başa düşülür ki, o dünyadakı obyektləri qarşılıqlı əlaqədə, 
ziddiyyətlilikdə və inkişafda götürür. 
Yuxarıdakı tə
'
rifdən görünür ki, dialektikada əlaqə ilə yanaşı inkişaf 
prinsipi də mərkəzi yer tutur. Təsadüfi deyildir ki, dialektikanı təbiətin 
cəmiyyətin və təfəkkürün inkişafı haqqında tə
'
lim adlandırırlar. 
Inkişaf dedikdə hər hansı bir obyektdə baş verən irəliyə doğru 
yönəlmiş, qarşısı alınmaz keyfiyyət dəyişiklikləri başa düşülür. 
Inkişaf 
mürəkkəb və çoxtərəfli prosesdir. Fəlsəfi fikir tarixində inkişafın bir sıra 
modelləri olmuşdur. Onlardan biri XIX əsr ingilis filosofu H.Spenserin 
(1820-1903) yaratdığı qradualist (tədrici) baxış hesab edilir. Bu tə
'
lim 
göstərir ki, təbiətdə inkişaf tədrici təkamül yolu ilə gedir. Onun əsasında 
materiyanın ayrı- ayrı tərəflərinin mexaniki bölgüsü durur. Təkamülün 
istiqaməti yekcinslikdən müxtəlifliyə və oradan isə daha çox rəngarəngliyə 
yönəlir. 
Qradualist modelin iki əsas nöqsanı vardır. Əvvəla o 
təkamülün tədriciliyini şişirdir. Digər tərəfdən isə inkişafın mənbəyini 
kənarda axtarırdı. 
XIX əsrin sonu və XX əsrin əvvəllərində inkişafın 
«yaradıcı 
təkamülü» modeli 
geniş yayılmışdı. Onun əsas nümayəndələri L.Morqan 
və A.Berqson idi. Onlar inkişafda yeni keyfiyyətin yarandığını qəbul 
edirdilər. Onlar həm də bu prosesin sıçrayışla getdiyini göstərirdilər. Lakin 
bu tə
'
lim inkişafı real izah etmirdi. O inkişafa yaradıcı qüvvə (çox vaxt bu 
Allah hesab olunurdu) tərəfindən həyata keçirilən proses kimi yanaşırdı. 
Digər tərəfdən bu tə
'
lim ziddiyyətlərin inkişafın mənbəyi olduğunu 
görmürdü. 
Inkişafın naturalist modeli XIX əsrin 
sonlarından geniş əhəmiyyət 
kəsb etməyə başlamışdı. Əsas nümayəndələri o dövrün görkəmli 
təbiətşünasları (Ç.Darvin, C.Xaksli, L.Bertalanfi və b.) idi . Buna görə də 
onlar inkişafın xüsusi elmi səpkisinə əsas diqqət yetirirdilər. Onun 
ümumfəlsəfi mə
'
nası isə kölgədə qalırdı. Buna baxmayaraq sözügedən 

'
lim çox mühüm dünyagörüşü əhəmiyyəti kəsb edir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin