Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Əlaqə dedikdə hər hansı bir hadisənin və ya prosesin müəyyən



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə208/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   204   205   206   207   208   209   210   211   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Əlaqə dedikdə hər hansı bir hadisənin və ya prosesin müəyyən 
baxımdan digərlərindən asılı olması başa düşülür. 
Materiyanın hər bir 
struktur səviyyəsində özünəməxsus əlaqələr vardır. Məsələn, cansız 
təbiətdə mexaniki, fiziki və kimyəvi əlaqələr mövcuddur. Onlar 
obyektlərin bilavasitə təması formasında və yaxud da sahə vasitəsilə özünü 
göstərir. Canlı aləmdə bioloji əlaqələr (növdaxili əlaqələr, növlərarası 
əlaqələr) əsas yeri tutur. Eynilə də cəmiyyət mürəkkəb və çoxtərəfli 
əlaqələrin məkanıdır. 
Hadisə və proseslərin qarşılıqlı əlaqələri onlar arasında qarşılıqlı 
tə‟siri yaradır. 
Qarşılıqlı tə‟sir prosesində isə obyektlər arasında 
müəyyən münasibətlər qərarlaşır
. Deyilənlər sübut edir ki, qarşılıqlı 
əlaqə, qarşılıqlı tə‟sir və qarşılıqlı münasibət anlayışları bir-birindən 
ayrılmazdır. Onların öyrənilməsi insanların nəzəri və əməli fəaliyyətində 
çox mühüm yer tutur. Bu vəzifə ümumi mə‟nada dialektika tərəfindən 
həyata keçirilir. Belə ki, dialektika hadisələrin ümumi əlaqəsi və inkişafı 
haqqında tə‟limdir. 
Qeyd edək ki, hadisə və proseslərin qarşılıqlı əlaqələri öz 
məzmununa görə müxtəlifdir. Burada iki və daha çox obyekt arasındakı 
əlaqələr əsas yeri tutur. Bununla yanaşı hər bir predmetin mahiyyəti ilə 
onun xassələri arasında əlaqələr vardır. Nəhayət predmetin daxili xassələri 
arasında da müəyyən əlaqələr özünü göstərir. 
Əlaqələr sırasında informasiya əlaqələri xüsusi yer tutur

Onların səciyyəvi cəhəti varlığın müxtəlif sahələrini əhatə etməsidir. Belə 
ki, kibernetik sistemlərin mövcud olduğu bütün sahələrdə (bitki və heyvan-
lar aləmində, EHM-in fəaliyyətində, cəmiyyətdə) bu əlaqələr vardır. In-
formasiya əlaqələri cəmiyyətdə xüsusilə mühüm rol oynayır. Maddi və 

'
nəvi mədəniyyətin inkişafında, mə
'
nəvi həyatda varisliyin tə
'
min 
olunmasında onlar müstəsna əhəmiyyət kəsb edir. 


170 
Dialektika əlaqələri öyrənərkən onların aşağıdakı formalarını 
göstərir: məkan- zaman, genetik, səbəb- nəticə, mühüm- qeyri- mühüm, 
zəruri- təsadüfü, qanunauyğun, bilavasitə- dolayı, sabit- dəyişkən, birbaşa 
və əks əlaqələr. 
Qarşılıqlı əlaqə haqqında tə
'
lim kimi götürülən dialektika insanların 
fəaliyyətinin bütün sahələrini əhatə edir. O, cəmiyyət yaranandan bu günə 
qədər olan elmi fikrin və təcrübənin ümumiləşdirilməsi məhsuludur. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   204   205   206   207   208   209   210   211   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin