öz fəaliyyəti mexanizminə görə iki növə (dina-
mik və statistik) ayrılır.
Dinamik qanunlar hadisələr arasında bütün
göstəriciləri əvvəldən mə
'
lum olan və buna görə də gələcək vəziyyətini
irəlicədən söyləmək mümkün olan münasibətləri ifadə edir (məsələn səma
mexanikası qanunları bu qəbildəndir). Onların bu keyfiyyətinə əsaslanaraq
hələ qədimdən günəş və ay tutulmalarının tarixini irəlicədən hesablaya
bilirdilər.
Statistik qanunlar çoxlu saya malik həmcins obyektlər arasında
fəaliyyət göstərir. Onlar bütövlükdə hadisələr çoxluğunu səciyyələndirir,
bu çoxluğa daxil olan hər bir hadisəni əhatə etmir. Bu qanunlar böyük
miqdarda hadisələr içərisində orta statistik göstərici kimi çıxış edirlər. Iqti-
sadi nəzəriyyədə öyrənilən dəyər qanunu buna misaldır. Bu qanuna görə
əmtəə bazarda öz dəyərinə müvafiq satılmalıdır, lakin tələb ilə təklif
arasında formalaşan real vəziyyət onu tez- tez dəyişdirir.
Dinamik qanunlar mötəbər və dəqiq informasiya verir. Statistik qa-
nunlar isə bunlardan fərqli olaraq ehtimal xarakteri daşıyır. Ehtimalın
konkret dərəcəsi isə təsadüfi hadisələr çoxluğunun reallaşması göstəriciləri
ilə müəyyən olunur.
Dialektikanın üç əsas qanunu vardır:
kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu, əksliklərin vəhdəti və mübarizəsi qanunu, inkarı inkar qanunu. Bu qanunlar təkcə maddi sistemlərdə deyil,
həm də mə
'
nəvi sahədə və idrakda fəaliyyət göstərir. Başqa sözlə onlar
universal xarakter daşıyır.
3. Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qa- nunu Kəmiyyət dəyişmələrinin keyfiyyət dəyişmələrinə keçməsi qanunu
inkişaf prosesinin ümumi mexanizmini açır. Onun elmdə və praktikada
böyük rolu məhz bununla müəyyən olunur. Bu qanunu aydın başa düşmək
üçün birinci növbədə onu ifadə edən «keyfiyyət», «kəmiyyət» və «ölçü»
kateqoriyalarına diqqət yetirmək lazım gəlir.
Keyfiyyət dedikdə bu və ya digər predmetin mahiyyətini müəyyən
edən, onu başqalarından fərqləndirən xassələrin məcmusu başa düşülür.
Predmetin xassəsi onun başqaları ilə oxşar və fərqli əlamətləridir. Xassə
predmetin müəyyən tərəfini səciyyələndirir. Hegel göstərirdi ki, predmetin
176
xassəsi onun digərləri ilə konkret münasibətində aşkara çıxır.
1
Xassə