178
rolunu oynaya bilməzdi. Yaxud da, əksliklər yalnız vəhdətdə olsaydı, onda
dəyişilmə və inkişaf üçün stimul olmazdı.
Əksliklərin vəhdəti özünü
aşağıdakılarda göstərir:
əks tərəflər qarşılıqlı surətdə bir- birini
tamamlayır. Digər tərəfdən, onlar arasında müvəqqəti də olsa
müvazinət mövcud olur. Sonra, əksliklər qarşılıqlı surətdə bir- birinə
keçir, yə
'
ni sistem daxilində öz yerlərini dəyişdirə bilirlər. Nəhayət
əksliklər onların müvəqqəti birləşməsinə imkan yaradır.
Qeyd olunmalıdır ki, əksliklərin vəhdəti müvəqqəti və keçicidir.
Onların mübarizəsi isə mütləq və əbədidir. Bu onunla izah edilir ki,
əksliklər arasında
müvazinət həmişə nisbidir, çünki çox keçməmiş bu
müvazinət pozulur və onların mübarizəsi baş verir. Əksliklərin mübarizəsi
obyektin daxili ziddiyyətli mahiyyətinin təzahürüdür.
Bu mübarizə
ziddiyyətlərin həllinə doğru aparır.
Əksliklərin mübarizəsinin mütləqliyi bunda ifadə olunur ki, y
Dostları ilə paylaş: