184
Bu qanun həm də inkişafda hər bir inkarın rolunu açır. Göstərir ki, ikiqat
inkar inkişafın
əsas meylini, istiqamətini ifadə edir.
Beləliklə inkarı
inkar qanunu yeni ilə köhnənin əlaqəsini
göstərir, varisliyi, təkrarolunanlığı, qarşısıalınmazlığı, inkişafın irəliyə
doğru yönəlmiş xarakterini sübut edir.
Qeyd olunmalıdır ki, dialektikanın bu üç qanunu sıx vəhdətdədir və
hətta biri digərinə nüfuz edir. Məsələn, müəyyən kəmiyyət dəyişikləri top-
lanaraq sıçrayışa gətirib çıxarır. Sıçrayış isə köhnə keyfiyyətin inkarı və
yeni keyfiyyətə keçid deməkdir. Digər tərəfdən sıçrayış həm də ziddiyyətin
həlli mərhələsini ifadə edir.
Göründüyü kimi sıçrayış, inkar və
ziddiyyətin həlli bir- birinə qovuşmuş halda çıxış edir.
Beləliklə birinci qanun inkişafın necə baş verdiyini göstərir.
Ikinci
qanun inkişafın səbəblərini və mənbəyini aşkar edir.
Üçüncü qanun
inkişafın irəliyə doğru yönəldiyini sübut edir. Bu qanunların
hər biri
özünəməxsus xarakter daşıyır. Bununla yanaşı onlar bir- birini tamamlayır.
Onların hər üçü vahid inkişaf prosesinin təbiəti
və mexanizmini açmağa
xidmət edir.