187
Insanlar ayrı-ayrı predmetlər və obyektlər ilə təmasda olarkən
onların zahiri, nəzərə çarpan xassə və münasibətlərini öyrənirlər. Mə‟lum
olur ki, onların hər biri digərindən fərqlidir. Başqa sözlə
desək onlar təkrar
olunmazdırlar. Bu keyfiyyətin dərk olunması «təkcə» və ya «ayrıca»
kateqoriyasının yaranmasına gətirib çıxarmışdır.
Insanlar öz praktiki fəaliyyətində həm də yəqin edirlər ki, bir sıra
predmetlər
müəyyən ümumi cəhətlərə
malikdirlər.
Bu keyfiyyəti onpar
«ümumi» kateqoriyası vasitəsilə ifadə etmişlər.
Beləliklə
təkcə dedikdə özünəməxsus keyfiyyəti və xassələri ilə
başqalarından fərqlənən ayrıca bir predmet, hadisə və ya proses başa
düşülür.
O obyektlərin fərdiliyini, keyfiyyət
və kəmiyyət müəyyənliyini
ifadə edir.
Ümumi kateqoriyası bütün hadisələrə və proseslərə aid olan
oxşar cəhətləri göstərir.
Qeyd olunmalıdır ki, təkcə ilə ümumi bir-
birindən ayrılmazdır. Belə ki, özü-özlüyündə ümumi yoxdur. O
abstraksiyadır. Ümumi yalnız təkcə vasitəsilə və təkcədə mövcud ola bilir.
Digər tərəfdən, hər bir təkcə ümumi ilə sıx bağlıdır.
Öz həcminə görə o
ümumiyə daxil olur. Başqa sözlə desək, oxşar əlamətlərə malik olan
təkcələr birləşərək çoxluğu, ümumini əmələ gətirirlər. Təkcə ilə ümuminin
qarşılıqlı əlaqəsini aşağıdakı misaldan da görmək olar: 80-ci illərin sonun-
da keçmiş SSRI ərazisinin müxtəlif yerlərində totalitar rejimə qarşı
milli
azadlıq hərəkatları baş verdi. Bu hərəkatlar öz məzmununa, məqsəd və
vəzifələrinə
görə Pribaltikada, Zaqafqaziyada, Orta Asiyada və digər re-
gionlarda oxşar cəhətlərə malik idi. Buna görə də onların hamısı «Sovet
imperiyasına qarşı milli azadlıq hərəkatı» adı altında ümumi şəkildə ifadə
olunur. Digər tərəfdən həmin hərəkat yuxarıda adı çəkilən regionların hər
birində özünəməxsus, təkrarolunmaz cəhətlərə malik idi. Bu keyfiyyəti isə
«təkcə» anlayışı əks etdirir. Məsələn
Azərbaycanda bu hərəkat çox
keçmədən erməni təcavükkarlarına qarşı müharibə şəraiti ilə qovuşdu.
Nəticədə burada müstəqillik və azadlıq uğrunda mübarizə çətin və
özünəməxsus xarakter aldı. Bu keyfiyyətinə görə xalqımızın milli- azadlıq
hərəkatı təkcədir, başqa yerlərdəkindən fərqlənir.
Dostları ilə paylaş: