Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


fərqlər, yə'ni struktur müxtəlifliyi ayrı-ayrı əşyaları



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə238/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   234   235   236   237   238   239   240   241   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

fərqlər, yə'ni struktur müxtəlifliyi ayrı-ayrı əşyaları 
yaradır
. Məsələn qrafit ilə almazın elementləri demək olar ki, eyni 
tərkiblidir. Amma onların əlaqəsi üsulu, strukturu başqa-başqadır. 
Forma bu və ya digər məzmununun sahmanlı düzülüş prinsipi, 
mövcudluğu üsuludur. Məsələn, istehsalın forması kimi əməyin təşkilini 
götürmək olar. Bədii əsərin forması onun kompozisiyası, istifadə olunmuş 
bədii priyomlardır. Məzmun obyektin bütün elementləri və proseslərinin 
məcmusu olduğu üçün formaya münasibətdə daha dəyişkəndir. Forma isə 
(elementlərin qarşılıqlı əlaqələrinin üsulu, tipi, xarakteri) dayanıqlıdır, və 
mühafizəkardır. 
Forma məzmun üçün mühüm əhəmiyyətə malikdir
. Təsadüfi 
deyildir ki, hələ Aristotel və bir çox sonrakı mütəfəkkirlər formanı varlığın 
təşkil edici amili adlandırırdılar. Məzmun və forma bir-birilə dialektik 
vəhdətdə çıxış edir. Onların ayrılmazlığını Hegel belə ifadə etmişdi: 
məzmun formalıdır, forma isə məzmunludur. 
Məzmun ilə forma arasında dinamik və çevik münasibətlər 
mövcuddur. Bu münasibətlərdə bir qayda olaraq məzmun aparıcı yeri tu-
tur. Çünki məzmunun inkişafı, formanın dəyişməsi və yeniləşməsini 
şərtləndirir. Bu prosesdə köhnəlmiş formalar tədricən aradan çıxır. 
Deyilənlərdən 
heç 
də 
formanın 
passivliyi 
nəticəsi 
çıxarılmamalıdır
. Əslində forma aktiv rol oynayır, məzmuna güclü tə‟sir 
göstərir. Belə ki, yeni, daha effektiv formalar məzmunun təkmilləşməsi və 
inkişafına güclü stimullaşdırıcı tə‟sir göstərir. 
Məzmun ilə formanın vəhdəti, onların incə şəkildə bir-birinə nüfuz 
etməsi incəsənətdə daha aydın görünür. Belə ki, burada eyni bir məzmun 
son dərəcə muxtəlif formalarda ifadə olunur. Məsələn "vətənə bağlılıq" 
anlayışının məzmunu ədəbiyyatda bir formada, teatr və rəssamlıqda 
tamamilə başqa formalarda ifadə olunur. 
Incəsənətdə
məzmun ilə formanın vəhdəti həm də bunda çıxış edir 
ki, seçilmiş bədii forma məzmuna uyğun gəlməlidir. Incəsənətin predme-
tini insan, onun hissləri ideya və duyğuları təşkil edir. Burada sənətkarın 
forma ilə işləmək məharəti müstəsna əhəmiyyətə malikdir. Məsələn 
səriştəsiz çəkilmiş filmlər əsl incəsənət əsəri,və yaxud mə‟nasız şeirləri 
poeziya hesab etmək doğru olmazdı. 


194 
Məzmun ilə formanın münasibətlərində formanın rolunu lazımı 
qiymətləndirməmək doğru deyildir. Belə ki,məhz forma bu və ya digər 
məzmunu təşkil edir, onun inkişaf mərhələlərini normal çərçivəyə salır. 
Məsələn həkimin əlləri müəyyən tələb olunan formada olmazsa, o 
mürəkkəb məzmunlu cərrahiyyə əməliyyatları apara bilməz. Yaxud da 
elmi kəşflər, bədii yeniliklər lazımı formada tərtib olunmazsa, onlar 
tarixdə yaşamazlar. Forma məzmuna nisbətən daha mühafizəkardır. Bunu 
ictimai həyatdan gətirilən aşağıdakı misalda əyani görmək olar. Cəmiyyət 
idarəçiliyində vaxtını keçirmiş köhnə formalardan istifadə olunması lazımı 
səmərə verə bilməz. Bunun əksinə olaraq burada yeni, zamanın tələblərinə 
cavab verən formaların tətbiqi ictimai proseslərə sür'ətləndirici tə‟sir 
göstərir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   234   235   236   237   238   239   240   241   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin