192
Sistem və element anlayışları
tam və hissə
ilə çox yaxındır. Lakin
onları eyniləşdirmək doğru deyildir. Belə ki, tam öz həcminə görə
sistemlərdən məhduddur. Çünki yuxarıda deyildiyi kimi tamlıq
keyfiyətinə malik olan sistemlər ilə yanaşı summativ sistemlər də
mövcuddur. Digər tərəfdən «tam» anlayışı daha çox obyektin vəhdətini
ifadə edir. Sistem anlayışı isə vəhdət ilə yanaşı, həm də obyektin
rəngarəng əlaqələrinə diqqət yetirir.
Öz növbəsində hissə anlayışı da elementdən fərqlidir. Əvvəla o,
elementə nisbətən məhdud həcmə malikdir. Çünki yuxarıda deyildiyi kimi
elementin özü də aşağı səviyyədən olan sistem kimi çıxış edə bilir. Digər
tərəfdən hissələrin tərkibinə maddi elementlərdən əlavə müəyyən
strukturların fraqmentləri də daxil ola bilir.
Fəlsəfi fikirdə tam ilə hissənin nisbəti məsələsi birmə‟nalı izah
olunmur. Bu münasibətdə iki bir-birinə zidd mövqe vardır. Merizm adla-
nan birinci baxış hissələrin rolunu şişirdir. Ikinci baxışa görə isə əsas yeri
tam tutur. Bu mövqe xolizm adlanır. Onların hər ikisi birtərəflidir. Əslində
tam ilə hissə bir-birilə ayrılmaz vəhdətdə çıxış edir.
Hissə elə tərəfləri nəzərdə tutur ki, onlar məcmu halında
götürüldükdə yeni, daha mürəkkəb predmetləri əmələ gətirir. Tam isə
hissələrin əlaqələndirilməsindən yaranır. Mexaniki təsəvvürlərə görə tam
öz hissələrinin sadəcə məcmusudur.
Dostları ilə paylaş: