Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə244/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   240   241   242   243   244   245   246   247   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Zərurət və təsadüf 
kateqoriyaları hadisələrin qarşılıqlı 
münasibətlərində determinasiyanın səviyyəsini mə‟nalandırır. 
Zərurət hadisələrin mahiyyətindən, daxili əlaqələrindən və 
ziddiyyətlərindən irəli gələn nəticədir
. O göstərir ki, bu hadisə mütləq 
və özü də məhz bu cür baş verməlidir. Zərurətə misal olaraq canlı 
orqanizmlərdə maddələr mübadiləsini göstərmək olar. O həyatın 
mahiyyətindən irəli gəlir. 
Təsadüf bir qayda olaraq həmin predmetlər üçün xarici, 
yardımçı, 
qeyri mühüm əlaqələrdən irəli gələn nəticədir. Buna görə də o 
baş verə də bilər, baş verməyə də bilər. Məhz bu cür deyil, başqa cür də 
baş verə bilər. Keçmişdə belə bir fikir mövcud idi ki, təsadüf, səbəbi 
mə‟lum olmayan hadisəni ifadə edən subyektiv anlayışdır. Hadisənin 
səbəbi aşkar ediləndə o daha təsadüflükdən çıxır. Əlbəttə, bu cür yanaşma 
doğru deyildir. Təsadüf çox vaxt zəruri proseslərin kəsişmə nöqtəsində baş 
verir. Məsələn, əgər müəyyən bir taxıl yetişmiş zəmiyə dolu düşürsə, bu 
təsadüfdə iki zərurət qovuşur. Birinci odur ki, Həmin moment üçün taxılın 
yetişməsi tam bioloji zərurət üzündən baş verir, ikinci zərurət isə metero-


199 
loji qanunauyğunluğa uyğun olaraq dolunun yağmasıdır. Həmin 
zərurətlərin birləşməsi təsadüfü doğurmuşdur. Çünki ola bilərdi ki, dolu 
məhz bu əraziyə deyil, başqa yerə yağsın. 
Fəlsəfə tarixində zərurət ilə təsadüfün izahında 
iki bir-birinə 
zidd baxış olmuşdur. Birinci nöqteyi-nəzər zərurətin obyektivliyini inkar 
edir (Kant, subyektiv idealist Max və başqaları). Digər yanaşma zərurəti 
qəbul edir, təsadüfləri isə tam inkar edir. Məsələn Demokrit, Spinoza, 
Holbax və başqalarının fikrincə insanlar təsadüf anlayışını səbəbini 
bilmədikləri hadisəni ifadə etmək üçün uydurmuşlar. Hər iki baxış 
məhdud və birtərəflidir. Belə ki, zərurət və təsadüf bir-birilə sıx əlaqəlidir. 
Zərurətdən kənar təsadüf, eynilə də təsadüfdən kənar zərurət yoxdur. On-
lar qarşılıqlı surətdə bir-birinə nüfuz edirlər. 
Zərurət ilə təsadüfün qarşılıqlı əlaqələri çox mürəkkəbdir. Onları 
bir-birinə qarşı qoymaq doğru deyildir. Hər şeydən əvvəl təsadüf zərurətin 
təzahür formasıdır. Bu o deməkdir ki, hər bir zərurət təsadüflər çoxluğu 
içərisindən özünə yol açır. Təsadüfün bu rolu çoxlu sayda baş verən 
kütləvi hadisələrdə (məsələn böyük ədədlər qanunu) daha aydın görünür. 
Digər bir cəhət təsadüfün zərurəti tamamlamasıdır. Qeyd 
olunmalıdır ki, zərurət mütləq deyil, nisbidir. Biz hər hansı bir hadisənin 
zəruriliyindən danışdıqda istər istəməz onu elə şərtlərin məcmusu ilə 
müəyyənləşdiririk ki, həmin hadisə məhz onlara münasibətdə zəruridir. 
Zərurət kimi təsadüf də nisbi xarakter daşıyır. Eyni bir hadisə müxtəlif 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   240   241   242   243   244   245   246   247   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin