3. Determinasiya əlaqələrini ifadə edən kateqoriyalar Dialektikada əlaqə və inkişaf prinsipləri ilə yanaşı determinizm
prinsipi də çox mühüm yer tutur. Bu prinsip göstərir ki, dünyadakı bütün
hadisə və proseslər müəyyən səbəblər ilə şərtlənir. Onlar qanunauyğun
surətdə yaranır, inkişaf edir və məhv olur. Səbəbiyyət və qanunauyğunluq
əlaqələrinin qəbul edilməsi dünyanı elmi izah etmək imkanı verir.
Determinizm prinsipini bir sıra dialektika kateqoriyaları ifadə edir.
Onların sırasında birinci yeri
səbəb-nəticə əlaqələri tutur .
Insanlar öz praktiki təcrübəsi və bilikləri əsasında müəyyən edirlər
ki, dünyadakı bütün hadisələr səbəb-nəticə münasibətlərinə malikdir.
Müəyyən bir hadisədən əvvəl gələrək, onu törədən hadisəyə səbəb deyilir .
Nəticə isə səbəbin yekunudur .
Səbəb-nəticə əlaqələri öz əhatə dairəsinə görə ən ümumidir. Onlar
zaman ardıcıllığına malikdir. Yə‟ni əvvəl səbəb, sonra isə nəticə gəlir.
Sonra, bu əlamətlər zəruri və birmə‟nalı xarakter daşıyır. Bu o deməkdir
ki, səbəb olan yerdə mütləq nəticə də baş verməlidir.
Səbəb-nəticə münasibətləri müxtəlif formalarda çıxış edir. Burada
aşağıdakılar əsas yeri tutur: sadə forma budur ki, bir səbəb bir nəticəni
törədir. Nisbətən mürəkkəb forma -bir neçə səbəb bir nəticəni törədir və
ya əksinə, bir səbəb bir neçə nəticə əmələ gətirir. Nəhayət, ən mürəkkəb
forma zəncirvari reaksiya şəklində çıxış edir. Bu halda «domino effekti»
deyilən hadisə baş verir. Yə‟ni hər bir nəticə öz növbəsində bir neçə nəticə
əmələ gətirir.
Səbəb ilə nəticə hadisələr arasında genetik əlaqələri ifadə edir. Bu-
rada səbəb adlanan hadisə digərini - nəticəni əmələ gətirir. Müəyyən
şəraitin olduğu halda səbəb mütləq nəticə törətməlidir. Buradan görünür
ki, səbəb-nəticə əlaqələri qarşılıqlı tə‟sirin ifadəsidir. Məhz qarşılıqlı
tə‟sirdə olan hadisələrdə müvafiq dəyişikliklər baş verir.