197
Səbəbin özünü göstərə bilməsi üçün müəyyən şərait lazımdır. Şərait
müəyyən bir hadisənin baş verməsi üçün zəruri olan şərtlərin
məcmusudur. O həm konkret hadisələri, həm də ətraf mühiti əhatə edir.
Doğrudur şərait özü özlüyündə nəticəni törətmir. Amma şərait olmasa
nəticəni yaradan səbəb də reallaşmır. Məsələn insanın bədəninə mikroblar
daxil olduqda, o xəstələnə də bilər, xəstələnməyədə bilər. Bu konkret
şəraitdən asılıdır.
Səbəbin reallaşmasında bəhanə də müəyyən rol oynayır. Lakin
bəhanə nəticəni yaratmır. Onun baş verməsini sürətləndirir.
Fəlsəfi determinizm şərtlənmənin səbəbiyyətdən kənar
növlərinin olduğunu qəbul edir
. Sonunculara misal olaraq hadisələr
arasında funksional əlaqəni
höstərmək olar. Məsələn yuxarıda
(«Hərəkət») mövzusunda adı çəkilən
E=ts
2
düsturu kütlə ilə enerji
arasındakı funksional asılılığı ifadə edir. Təbiidir ki, onları səbəbiyyət
əlaqələrinə aid etmək doğru olmazdı. Lakin səbəbiyyət əlaqələri ilə funk-
sional əlaqələr sıx əlaqəlidir. Funksional əlaqə hadisələrin spesifik asılılıq
formasıdır. Bu halda bir hadisənin dəyişilməsi digərinin dəyişilməsi ilə
müşayiət olunur. Məsələn cəmiyyətdə yığım ilə istehlak, milli gəlir ilə
kapital qoyuluşu arasında funksional asılılıq mövcuddur. Əlaqələrin
geridönməzliyi ilə səciyyələnən qanunlar da funksional əlaqələrin
vasitəsilə tənzim olunur.
Determinizm prinsipi təbiət, cəmiyyət və şüur hadisələrinin təbii
səbəblərlə əlaqələndiyini və bir-birini şərtləndirdiyini irəli sürür.
Dostları ilə paylaş: