198
siçanlar isə onları qidalandırmaq üçün yaranmışlar. Xəstələr isə ona görə
mövcuddurlar ki, həkimlər işsiz qalmasın.
Determinizm prinsipi aşağıdakı müddəaya əsaslanır. Dünyadakı
hadisələrin mövcudluğu və inkişafı müəyyən sahmanlı və nizamlı şəkildə
bir-birilə şərtlənir. Başqa sözlə deyilsə, dünya qarmaqarışıqlıq deyil.
Bu-
rada müəyyən qarşılıqlı şərtlənmə mövcuddur. Bu prinsipin əksini
indeterminizm təşkil edir
. O dünya hadisələrinin qanunauyğun
şərtlənməsini qəbul etmir və yaxud da determinizmin obyektiv xarakter
daşıdığını inkar edir.
Beləliklə determinizm obyektiv hadisələrin ümumi şərtlənmiş
olması haqqında tə‟limdir. Bu prinsip də dünyadakı mövcudatların
qarşılıqlı tə‟siri ideyasına əsaslanır. Determinizm heç bir şeyin universap
qarşılıqlı əlaqədən kənar olmadığını göstərir. Həmin prinsip həm də
çoxtərəfli determinasiya əlaqələrinin genetik məzmununu, səbəblərini
aşkar edir. Determinizm səbəbiyyət əlaqələrindən ayrılmazdır. O həm də
səbəbiyyət əlaqələrindən kənar determinasiyanın olduğunu qəbul edir.
Buradan aydındır ki, determinizm ilə səbəbiyyəti eyniləşdirmək doğru
deyildir.
Fəlsəfi determinizm konsepsiyasının məzmununu səbəb-nəticə ilə
yanaşı təsadüf-zərurət, azadlıq, imkan və gerçəklik kateqoriyaları açır.
Həm də nəzərdə tutulmalıdır ki, səbəb-nəticə əlaqələri heç də həmişə qəti
şərtlənmiş xarakter daşımır. Burada təsadüflər və ehtimal da müəyyən yer
tutur. Ona görə də zərurət və təsadüf, imkan və gerçəklik kateqoriyalarını
da nəzərdən keçirmək lazımdır.
Dostları ilə paylaş: