Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


Zərurət ilə təsadüfün qarşılıqlı əlaqəsi bir neçə momentlə



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə246/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   242   243   244   245   246   247   248   249   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

Zərurət ilə təsadüfün qarşılıqlı əlaqəsi bir neçə momentlə 
səciyyələnir

Birinci moment zərurət
və təsadüfün cüt kateqoriyalar kimi 
anlaşılması ilə əlaqəlidir. Bu kateqoriyalar arasında münasibət dialektik 
ziddiyyətlidir: onlar bir-birini şərtləndirir, biri digərindən kənarda mövcud 
deyildir; həm də biri digərini inkar edir. Nə təsadüf, nə də zərurət xalis 
şəkildə mövcud deyildir. 
Ikinci 
moment
təsadüfün 
zərurətin 
forması 
kimi 
səciyyələndirilməsi ilə əlaqəlidir. Zərurət həmişə təsadüflər kütləsindən 
keçərək özünə yol açır. 
Üçüncü moment 
təsadüflərin zərurəti tamamlaması fikrində ifadə 
olunur. Elm əsasən predmetləri müəyyən edən mühüm və zəruri əlaqələri 
aşkar etməyə yönəlir. O təkcə hadisələrin çoxluğuna deyil, həm də bu 
çoxluğa daxil olan hər bir predmetə aiddir. Həmin təkcə predmet isə 
ümumi cəhətlər ilə yanaşı həm də fərdi cəhətlərə malikdir. Bu fərdi 
cəhətlərin yaranması və təzahür etməsi isə təsadüflərlə müəyyən olunur. 
Buna görə də bu və ya digər obyekt haqqında hərtərəfli biliyi yalnız o vaxt 
əldə etmək olar ki, predmetin ümumi zəruri cəhətləri haqqında bilik, 
həmin hadisənin təsadüfi unikal xassələri haqqında bilik ilə tamamlansın. 
Zərurət biliyini təsadüf biliyi ilə tamamlamağın vacibliyi geologiya, bi-
ologiya və tarix elmlərində xüsusilə mühümdür. Məsələn, Yer üzərində 
həyatın əmələ gəlməsi prosesinin izahı burada materiyanın təkamülü və 
yeni struktur səviyyələrin yaranması haqqında ümumi və zəruri biliklərə 
əsaslanmalıdır. Bununla yanaşı həyatın meydana gəldiyi dövrdə yerin 
konkret şəraiti də öyrənilməlidir. Bu sonuncu isə materiya təkamülünün 
ümumi qanunları ilə müqayisədə xeyli dərəcədə təsadüfi xarakter daşıyır. 
Nəhayət, dördüncü moment
budur ki, maddi sistemlərin inkişafı 
və təkamülü gedişində zərurət və təsadüf biri digərinə çevrilə bilər. Bu 
çevrilməyə dair aşağıdakı misalı göstərmək olar. Üzvi aləmdə növlərin 
təkamülü ayrı-ayrı orqanizmlərin genetik strukturunda baş verən 
dəyişikliklər bazasında həyata keçirilir. Bu dəyişikliklər təsadüfidir, çünki 
həmin orqanizmlər üçün etinasız olan xarici şərtlərlə müəyyən olunur. 
Sonradan təbii seçmə gedişində bu təsadüfi dəyişikliklərdən orqanizmin 
həyat fəaliyyəti üçün faydalı olanlar möhkəmlənir və müəyyən müddət 
keçdikdən sonra növün zəruri əlamətlərinə çevrilir. Beləliklə də onlar 


201 
təsadüflərdən zərurətə çevrilirlər. Həyatın əmələ gəlməsini tədqiq edən 
müasir fransız bioloqu j.Mono bu prosesdə təsadüflərin fundamental rol 
oynadığını göstərir. O həyatın yaranması prosesini təsadüfi azehtimallı 
hadisələr silsiləsi kimi təsəvvür edir. Onun konsepsiyasında təsadüf 
zərurətdən ayrılır və mütləq xarakter daşıyır. Alman alimi M.Eygen isə 
bioloji strukturların yaranmasında zərurət ilə təsadüfin əlaqələrini aşkar 
etmişdir. O canlının yaranmasında bu prosesi şərtləndirən əsas kimi 
mütləq təsadüfləri qəbul etmir. Onun konsepsiyasında təsadüfün zərurətin 
təzahür forması kimi çıxış etməsi ideyası və eləcədə bioloji təkamül 
gedişində onların bir-birinə çevrilməsi ideyası özünü göstərir.
1
Müasir elmi naliyyətlər sübut edir ki, zərurətlər ilə yanaşı 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   242   243   244   245   246   247   248   249   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin