203
Bundan fərqli olaraq cəmiyyətdə insanların şüur və iradəsi, fəallıq
dərəcəsi həmin prosesə güclü tə‟sir göstərir.
Qeyd etmək lazımdır ki, gələcək birmə‟nalı şəkildə indi ilə
müəyyən olunmur. Çünki hər hansı hadisənin yaranması təsadüfi də ola
bilir. Odur ki, indiki imkanın gələcəkdə gerçəkliyə çevrilməsini dəqiqliklə
deyil, yalnız ehtimal şəklində irəlicədən söyləmək olar. Bu xüsusilə də
cəmiyyət həyatına aiddir. Belə ki, burada hadisələrdə insanlar iştirak
edirlər, onların hərəkətlərini isə əvvəlcədən birmə‟nalı müəyyən etmək
qeyri-mümkündür. Sosial hadisələrin gedişində bu hərəkətlər dəyişilir.
Imkan və gerçəklik kateqoriyaları dialektika sistemində
özünəməxsus yer tutur. Belə ki, onlar həm inkişaf prosesini, həm də de-
terminizm prinsipini ifadə edir.
Dostları ilə paylaş: