Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə245/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   241   242   243   244   245   246   247   248   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

şəraitə münasibətdə
həm zərurət, həm də təsadüf kimi çıxış edə bilər. Bir 
münasibətdə zəruri olan hadisə digər münasibətdə təsadüfü ola bilir. 
Əlbəttə, zərurət və təsadüfün nisbiliyini şişirtmək doğru deyldir. Əks halda 
relyativizm təhlükəsi özünü göstərir. Belə halda elə görünə bilər ki, 
hadisələrdə zərurinin və təsadüfinin fərqləndirilməsi subyektin seçdiyi 
şərtlərin əhatə dairəsi ilə müəyyən olunur. Lakin əslində bu belə deyildir. 
Bu və ya digər predmetin mövcudluq şəraiti obyektiv formalaşır və 
öyrənilən hadisənin daxili mahiyyəti ilə sıx bağlıdır. Maddi predmetlər 
məkanca bir-birindən müəyyən məsafədə yerləşən sistemlərdir. Onların 
əsasını təşkil edən daxili əlaqələrin məcmusu sanki bir maddi sistemi 
digəri ilə əlaqələndirən xarici əlaqələr məcmusuna qarşı durur. Xarici 
əlaqələr məhz hadisələrin daxili mühüm əlaqələrinin reallaşdığı şərait kimi 
çıxış edir. 
Elmdə elə hadisələr təsadüfi hesab edilir ki, onlar şəraitlərin 
dəyişməsi gedişində yaranır. Məsələn orqanizmlərin irsiyyət strukturunda 
baş verən dəyişikliklər təsadüfidir, çünki onlar həyat ilə bilavasilə əlaqəsi 
olmayan bir çox amillərin tə‟siri ilə müəyyən olunur. Dəmir pulu göyə 
atarkən hansı tərəfin düşməsi də təsadüfidir, çünki onu göyə atmanın ilkin 
şəraiti sözün müəyyən mə‟nasında öz vəziyyətini dəyişdirə bilir. 


200 
Zəruri hadisələr mühüm əlaqələrdən irəli gəlir və stabil şəraitdə baş 
verir. Məsələn planetlərin öz dəyişməz orbiti üzrə hərəkəti zəruridir. Bu 
hərəkət fəza mexanikasının öyrəndiyi qanunlar üzrə gedir. Həm də bu 
hərəkətin baş verməsinin xarici şəraiti sabitdir. Orqanizmlərin öz növ 
xassələrini irsən keçirməsi də zəruri hadisədir. Bu proses genetika 
qanunları ilə şərtlənir. Irsən keçmə mexanizmi də xarici şəraitin 
tə‟sirindən nisbi mə‟nada asılı deyildir. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   241   242   243   244   245   246   247   248   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin