Şüuru bilmədən insanın ətraf dünya ilə qarşılıqlı münasibətlərini aydın təsəvvür etmək qeyri-mümkündür . Xüsusən də bu münasibətlərin
özünəməxsus xarakterini başa düşmək üçün şüurun təbiətini öyrənmək
lazımdır. Buna görə də son dövrdə şüur mövzusuna maraq durmadan artır.
Bu maraq həm də onunla bağlıdır ki, elmi nailiyyətlər şüurun yeni-yeni
tərəflərini açmağa imkan verir. Müasir dövrdə mühəndis psixologiyasının
və təbabətdə psixoterapevtik müalicə üsullarının tətbiqi genişləndikcə
şüurun dərinliklərinə nüfuz etməyə zərurət yaranır. Nəhayət bu da qeyd
olunmalıdır ki, cəmiyyətdə "fikirləşən" maşınların və kompüter
taxnikasının rolu artdıqca onlarla insan şüuru arasında münasibətləri dəqiq
izah etmək vacibdir.
Şüuru müxtəlif elmlər öyrənir. Bunlardan psixologiyanı,
sisiologiyanı, dilçiliyi, ali əsəb fəaliyyəti fiziologiyasını, təbabət elmlərini
göstərmək olar. Son dövrlərdə isə semiotika, kibernetika, kvant
mexanikası və informatika da şüurun öyrənilməsinə fəal qoşulmuşdur. Bu
elmlərin hər biri öz predmetinə uyğun olaraq şüurun müəyyən konkret
tərəfini araşdırır.
Fəlsəfə isə onlardan fərqli olaraq şüura ümumnəzəri planda yanaşır . O şüuru insanın və cəmiyyətin fəaliyyəti baxımından
təhlil edir. Ona dünyagörüşünün çıxış nöqtəsi kimi yanaşır. Fəlsəfə həm
də şüuru insanın gerçəklik ilə münasibətlərinin özünəməxsus forması kimi
mə'nalandırır.
Şüuru öyrənən humanitar, fizioloji, bioloji, tibbi və sair elmlər ilə
fəlsəfənin münasibəti aşağıdakı kimidir. Bir tərəfdən konkret elmlərin
nailiyyətləri şüurun fəlsəfi təhlilini asanlaşdırır. Onun üçün güclü
mə'lumat bazası yaradır. Digər tərəfdən fəlsəfə həmin elmlər üçün nəzəri
metodoloji əsas rolunu oynayır. Beləliklə şüurun izahında fəlsəfə ilə konk-
ret elmlər bir-birini tamamlayırlar. Son 30 ildə təbiətşünaslıq və təbabət
elmləri şüurun, insanın psixiki fəaliyyətinin izahında mühüm nailiyyətlər
əldə etmişlər. Bununla əlaqədar fəlsəfənin qarşısında şüurun fəlsəfi
anlayışını dərinləşdirmək vəzifəsi irəli sürülür. O digər tərəfdən müasir
ictimai inkişafda şüurla bağlı başqa məsələləri (insan və texnikanın
208
qarşılıqlı tə'siri, insanların ünsiyyəti və tərbiyəsi, cəmiyyətdə şüurun
tənzimləyici və idarəedici rolunun artırması və s.) də ortaya çıxarır.
Şüura fəlsəfi mövqedən yanaşmaq nə deməkdir? Bu hər