209
Şüur anlayışı ilk dəfə yeni dövr fəlsəfəsində işlənilməyə
başlamışdır. Onu elmə R.Dekart gətirmişdir. Onun fikrincə iki növ subs-
tansiya mövcuddur: a) materiya və yaxud da məsafəliliyə
malik substan-
siya və b) ruh-fikirləşən substansiya.
Şüurun izahında rasionalizm ideyaları XVIII əsr fransız maarifçiləri
tərəfindən daha geniş yayıldı. Onlar şüuru beynin funksiyası hesab
edirdilər. Lametri, Didro, Helvetsiy
və Holbax göstərirdilər ki,
şüur
əşyaların obrazıdır. O ictimai həyat ilə şərtlənir və tərbiyədən asılıdır.
Şüur probleminin qoyuluşu və həllində klassik alman fəlsəfəsi
nümayəndələrinin, xüsusilə də Hegelin xidmətləri böyük olmuşdur.
Məsələn Hegel
şüurun sosial-tarixi təbiətini anlamağa yaxınlaşmışdır
.
Onun fikrincə tarixilik prinsipi şüurun təhlilində çıxış nöqtəsidir. Hegelə
görə şüur nə isə hazır, əbədi, dəyişməz deyildir. O öz təşəkkülünə «qeyri-
mənəvidən» başlayır və mütləq bilik səviyyəsinə gəlib çatır. Beləliklə He-
gel dialektikanı şüur probleminin inkişafına tətbiq etdi.
Onun fikrincə
idrak prosesi mütləq ideyanın, ruhun öz-özünü dərk etməsindən ibarətdir.
XIX əsrin sonu və XX əsrin əvvəllərində empiriokritisizm
(təcrübənin tənqidi deməkdir) cərəyanı tərəfdarları (Max və Avenarius)
şüurun beynin məhsulu olduğunu qəbul etmirdilər.
Onlar şüuru da digər
cismlər kimi «duyğu kompleksləri» şəklində təsəvvür edirdilər. Həmin
dövrdə yaranmış
başqa bir fəlsəfi
tə‟limin-simvollar, heroqliflər
nəzəriyyəsinin nümayəndələri (Müller, Helmhols və başqaları)
duyğuların xarici aləmin in‟ikası olduğunu qəbul edirdilər.
Lakin onlar
göstərirdilər ki, duyğu ətraf dünyanın surəti deyil, yalnız simvolları və
heroqlifləridir. Beləliklə gerçəkliyin şüurda adekvat (müvafiq) in‟ikası
şübhə altına alınırdı.
Yuxarıda
deyilənlər sübut edir ki, fəlsəfə tarixində şüur çox
müxtəlif izah olunmuşdur. Lakin bu münasibətdə olan rəngarəng baxışlar
nəticə etibarilə ya materializmə ya da idealizmə qovuşur.
Dostları ilə paylaş: