212
Cansız təbiətdə inikas həm də öz izomorfluğu (obyektdə baş verən
dəyişiklərin onu yaradan orijinal obyektlərin xassələrinə oxşarlığı) ilə
seçilir. Cansız təbiətdə inikasa misal olaraq günəşin tə‟siri ilə daşın
səthinin qızmasını göstərmək olar.Yaxud da yaş torpağın üzərində ayaq
izlərinin saxlanması cansız təbiətdə inikasa aiddir. Inikasın bu forması
əsasən passiv olması ilə səciyyələnir.Çünki burada fiziki- kimyavi
proseslər hökm sürür. Onların tə‟sirilə cansız təbiətin obyektləri dəyişilir
və nəticə etibarilə məhv olur.
Dostları ilə paylaş: