Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə260/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   256   257   258   259   260   261   262   263   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

psix-
ika
yaranır. 
Psixika heyvanlardan başlayaraq əsəb sisteminin funksiyası kimi 
özünü göstərir. Psixikanın sonrakı inkişafı əsəb sisteminin inkişafı ilə 
əlaqədə baş verir. Onurğalı heyvanlarda artıq psixikanın bilavasitə 
daşıyıcısı kimi beyin çıxış edir. Bununla da orqanizmlərin inikas 
qabiliyyəti daha da təkmilləşir və mürəkkəbləşir. Belə ki,başqa üzvlərdən 
fərqli olaraq baş beynin işi kiçik miqyaslı,xırda vəzifələrlə (qidanı həzm 
etmək, damarlara qan vurmaq, orqanizmi ziyanlı maddələrdən təmizləmək 
və s.) məhdudlaşmır. Onun əsas fəaliyyəti müəyyən şəraitdə bütövlükdə 
orqanizmin ətraf mühit ilə münasibətlərini idarə etməkdir. O xüsusi 
in‟ikas orqanı və orqanizmin fəaliyyətinin tənzimçisi fuksiyasını yerinə 
yetirir. Buna misəl kimi acmış qurdun qoyunu izləməsi prosesini 
göstərmək olar. Qurd qoyunu görən kimi onun başında qoyunun psixiki 
obrazı və eyni zamanda bioloji məqsəd-qoyuna çatmaq və onu tutub 
yemək məqsədi yaranır. Bu məqsədə nail olmaq üçün müvafiq hərəkət 
proqramı formalaşır. Lakin qurd qoyuna yaxınlaşdıqda qoyun onu hiss 
edir və qaçmağa başlayır. Qurd öz əvvəlki hərəkət marşurutunu dəyişdirir, 
onu qoyunun qaçması istiqamətinə yönəldir. Bu işdə o fərdi təcrübəyə və 
məqsədini reallaşdırmaq haqqında aldığı informasiyaya əsaslanır. 
Beləliklə canlı orqanizmlərin mühüm bir səciyyəvi cəhətini onların aktiv-
liyi təşkil edir. Həmin xassə onların davranışının predmet 
istiqamətliliyində üzə çıxır. Onun məzmununu ətrafdakı hadisə və 
proseslər haqqında alınmış informasiyaya uyğun olaraq davranışın idarə 


214 
olunması və ona nəzarət təşkil edir. Bu halda orqanizm təkcə mövcud 
situasiyanın tə‟sirinə reaksiya vermir, həm də onun dəyişilməsinə uyğun 
olaraq fəal seçim qarşısında qalır. Ətraf mühitdə baş verən hər bir yenilik 
onu öz davranışını təshih etməyə vadar edir.
Psixiki əsəb fəaliyyəti bir sıra determinasiya prinsiplərinə məruz 
qalır. 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin