Dərslik azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmi şdir. Baki 2001


əlaqəli funksiyasıdır. Bu funksiya gerçəkliyin ümumiləşdirilmiş və



Yüklə 3,75 Mb.
Pdf görüntüsü
səhifə268/635
tarix13.12.2023
ölçüsü3,75 Mb.
#175262
növüDərs
1   ...   264   265   266   267   268   269   270   271   ...   635
Zeynaddin Haciyev-Fəlsəfə

əlaqəli funksiyasıdır. Bu funksiya gerçəkliyin ümumiləşdirilmiş və 
məqsədyönlü 
in'ikasını, 
hərəkətlərin 
qabaqcadan 
fikirdə 
quraşdırılmasını və onların nəticələrinin irəlicədən görünməsini, 
insanın davranışının ağıllı tənzim olunmasını və özünənəzarəti əhatə 
edir.
2

Şüur reallığın adekvat in'ikasıdır. O insanların praktiki və nəzəri 


fəaliyyətində reallaşır. Bu proses insanın niyyətləri, məqsəd və 
ideyalarının yaranmasını nəzərdə tutur. Ideya təkcə mövcud olan haqqında 
bilik deyildir. O həm də nəyin olmalı olduğunun planlaşdırılması 
deməkdir. Beləliklə ideya praktiki reallaşmağa səmtləşmiş anlayış kimi 
çıxış edir. Şüur obyektiv aləmə. habelə insanın özünə münasibətdə fəal 
olması ilə səciyyələnir. Həm də bu fəallıq psixikanın çox mühüm 
keyfiyyətidir. Bu keyfiyyət göstərir ki, şüur passiv deyildir, yə‟ni özünə 
1
Ильенков Э.В. Диалектическая логика, М., 1984, с.165. 
2
Спиркин А.Г. Философия, М., 2000, с.383. 


221 
lazım olanı seçib götürür. O, ətraf aləmi öyrənir, təsadüflərə əsaslanmır, 
fəal axtarışlar aparır. Bu və ya digər hərəkəti etməzdən əvvəl, insan onun 
planını müəyyənləşdirir. Sonra bu planı reallıq haqqında malik olduğu 
informasiya ilə uzlaşdıraraq fəaliyyət göstərir. Insanın beyni mürəkkəb 
idarəedici sistemi xatırladır. Burada informasiya qəbul olunur, qorunub 
saxlanılır və işlənilir. Beyin həm də hərəkətlərin planını hazırlayır və 
onların yerinə yetirilməsini fəal və yaradıcı surətdə idarə edir. Şüurun 
fəallığı həm də bunda təzahür edir ki, o hadisələrin təbii gedişini qabaq-
laya bilir. Başqa sözlə o gerçəkliyi bilavasitə in‟ikas etdirməklə 
məhdudlaşmır, həm də gələcəyi görür. Bu keyfiyyət insanın dəyişdirici 
praktiki fəaliyyətinin ilkin şərtidir. Insan zəkası texniki vasitələrin 
köməyinə arxalanaraq təbiətə məqsədyönlü tə‟sir göstərə bilir. Özünə 
lazım olan (lakin təbiətdə hazır şəkildə olmayan) şeyləri yaradır. Bu halda 
o konkret tələbatlarını və məqsədini ödəmək üçün fəal iş aparır. Insanın bu 
yaradıcılıq fəaliyyətini tənzim etmək şüurun başlıca amalıdır. Beləliklə 

Yüklə 3,75 Mb.

Dostları ilə paylaş:
1   ...   264   265   266   267   268   269   270   271   ...   635




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin